Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
xeberde.az-ın məlumatına görə, komitə sədri Səməd Seyidovun təqdimatından, digər deputatların çıxışlarından sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.




