Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız ölkədə fiziki olaraq olduqları təqdirdə səs verə biləcəklər. xeberde.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan TASS-a açıqlayıb. O xatırladıb ki, 2012-ci ildə Ermənistan Seçki Məcəlləsinə edilən dəyişikliklər nəticəsində xaricdəki respublika vətəndaşları ölkədəki seçki proseslərində iştirak etmək hüququndan məhrum […]
Month: May 2026
Yük vaqonunda 6 nəfərin meyiti tapıldı
ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb. Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb. Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır. Qəzet qeyd edir ki, Laredo ABŞ-Meksika sərhədində yerləşir. Hadisədən əvvəl şəhərdə havanın temperaturu 32 dərəcəni keçib və vaqonların […]
Türkiyə “Kuzgun”u təqdim etdi
Türkiyə 1000 km mənzilli yeni kamikadze dronu təqdim etdi xeberde.az xəbər verir ki, Türkiyənin STM şirkəti yeni “Kuzgun” kamikadze pilotsuz uçuş aparatını təqdim edib. Məlumata görə, yeni dronun uçuş məsafəsi təxminən 1000 kilometrdir. “Kuzgun” uzunmənzilli zərbə imkanları və hədəfi yüksək dəqiqliklə vurmaq xüsusiyyəti ilə seçilir. Bildirilir ki, yeni pilotsuz aparat müxtəlif döyüş şəraitində istifadə üçün […]
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb. Tanınmış audioloq Joan Fransesk Horvat qulaqların pambıq çöpləri ilə təmizlənməsinin ağır fəsadlara yol açdığı barədə xəbərdarlıq edib. Həkim qulaq kirinin mütləq şəkildə kənardan müdaxilə ilə təmizlənməsi barədə yayılan fikirlərin yanlış olduğunu bildirib. “Qulaq […]
Aqressiv və təhlükəli – özbək arıları ilə bağlı ciddi xəbərdarlıq
Rusiyada karantin nəzarətindən keçməyən özbək arıları ilə dolu yük maşınının bir aydır axtarıldığı bildirilir. xeberde.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, arıçılar həmin arıların təhlükəli infeksiyalar və parazitlər daşıya biləcəyindən narahatdır. Bildirilir ki, bu xəstəliklər bütöv arı ailələrinin məhvinə səbəb ola bilər. Rusiya mənbələri özbək arılarının daha aqressiv olduğunu da iddia edir. Onların sancmasının […]
55 yaşlı alimin inanılmaz İDDİASI: 3 dəfə ölüb, yenidən həyata qayıdıb
İllərini NASA və ABŞ Hərbi dəniz qüvvələrinə həsr etmiş bir alimin səmimi etiraflarına hazırsınız? Doktor İnqrid Honkala həyatında üç dəfə öldüyünü və hər dəfəsində axirət həyatını yaşadığını iddia edir. Elm dünyasını şoka salan Honkala ölümün son deyil, sadəcə şüurun bir mərhələsi olduğunu iddia edir. Öz bədənini kənardan müşahidə edərkən anası ilə sözsüz necə ünsiyyət qurduğunu […]
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Xeberde.az
Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər
Goranboyda toyda dava olub. Hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib. İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq, tanış olmaq və münasibət qurmalarını deyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına […]
SON DƏQİQƏ: İran yenidən BU ÖLKƏNİ VURDU: Ballistik raketlər ATDI
İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) növbəti raket hücumu həyata keçirilib. xeberde.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media qurumları BƏƏ istiqamətinə iki ballistik raket və üç pilotsuz uçuş aparatının (PUA) buraxıldığını bildirib. Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi hücum faktını rəsmən təsdiqləyib. Xatırladaq ki, mayın 4-də BƏƏ-nin Şarja, Əbu-Dabi və Dubay (Xüsusilə […]
“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ
Tovuzda qadın “Whatsapp” qrupunda iş yoldaşlarını təhqir edib. 31 yaşlı Gülnar Hacıyeva (ad və soyad şərtidir) ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu “Whatsapp” qrupunda sahibkarı söyüb. Bu əməlinə görə, Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet […]










