Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 300-dən çox kənd sıfırdan qurulur. xeberde.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinatoru Anar Quliyev bildirib. O qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən […]
Day: May 23, 2026
Dövlət müstəqilliyimiz şərəfimizdir
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Ötən əsrin sonlarında müstəqilliyimizi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan […]
Xocavənd şəhərinə daha 17 ailə yola salınıb
Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə daha 17 ailə (65 nəfər) yola salınıb. xeberde.az xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bununla Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.
Məhkəmə qərarı: İspaniya müğənni Şakiranın 55 milyon avrosunu qaytarmalıdır
İspaniya məhkəməsi kolumbiyalı müğənninin apellyasiya şikayətini təmin edərək, vergi orqanlarının 2011-ci ildə ondan qanunsuz olaraq 55 milyon avrodan (təqribən 110 milyon AZN) çox pul mənimsədiyi barədə qərar verdi. xeberde.az xəbərə verir ki, məhkəmənin qərarına görə, Şakira həmin vaxt İspaniyada vergi rezidenturası üçün tələb olunan 183 gün deyil, cəmi 163 gün keçirib və hakimiyyət onun ölkədə […]
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
BMT-yə üzv dövlətlərin 36%-i artıq Könüllü Milli Hesabatları təqdim edib. xeberde.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Bilik və İnnovasiya Şöbəsi rəhbəri Edlam Abera Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Yeni Şəhərsalma Gündəliyi” (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyi […]
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Bu barədə xeberde.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb. Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə […]
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək. xeberde.az xəbər verir ki, bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə alması xahiş olunur.
Əli Əsədov Aşqabadda Sərdar Berdiməhəmmədov ilə görüşüb
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. xeberde.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı […]
Tramp bu ölkəyə 5000 ordu göndərir
ABŞ Polşaya əlavə 5000 əsgər göndərmək barədə qərar verib. xeberde.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib. Tramp dəstəklədiyi Polşa Prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərinin olduğunu və bu münasibətləri nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərəcəklərini açıqlayıb.ABŞ Prezidenti Tramp daha əvvəl Polşa və Almaniyadakı Amerika qoşunlarının sayını […]
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər…
Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir. xeberde.az xəbər verir ki, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək və yaşlıların sayı 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq. Birləşmiş Millətlər Təşkilatının bu proqnozları dünya üzrə yaşlı əhali ilə bağlı siyasətlərin və sosial dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsini […]










