Cəmiyyət

Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb

Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib. “Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə […]

Sosial

Azərbaycanda fövqəladə hallarda sığorta ödənişi bir həftəyə veriləcək

Azərbaycanda sığorta şirkətləri fövqəladə hallarda dəyən zərəri 7 gün ərzində kompensasiya edəcək. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin “İqtisadi zona” verilişinin efirində bildirib. “Əgər sığorta hadisəsi böyük, kütləvi, dağıdıcı təsirlərlə nəticələnmişdirsə, artıq bunun bəlli bir kriteriya halı kimi qeyd olunması nəzərdə tutulub. Yəni məsələn, fövqəladə hal kimi […]

Dünya

Yol çəkirdilər – 2200 illik xəzinəylə rastlaşdılar

Yeni yol  çəkərkən  yol inşaatçılar 2200 illik tarixə malik böyük bir  xəzinə ilə rastlaşıblar. xeberde.az xəbər verir ki, Çex Respublikasında yol inşa edən işçilər yüzlərlə qızıl və gümüş sikkə, zərgərlik və Baltik kəhrəbası ilə dolu 2200 illik Kelt yaşayış məntəqəsinə rast gəliblər. Arxeoloqlar Hradec Kralove yaxınlığında yerləşən ərazinin ərazidə indiyə qədər qeydə alınmış ən böyük Kelt […]

Gündəm manset Siyasət

Prezidentlə xanımı WUF13-ün açılış mərasimində – FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak ediblər. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub. Açılış mərasimində […]

Siyasət

Baş nazir Azərbaycana təşəkkür etdi

Davamlı şəhər inkişafı və urbanizasiya siyasəti ölkənin əsas dövlət prioritetlərindən biridir.  xeberde.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində səsləndirib. O qeyd edib ki, hazırda Qazaxıstan əhalisinin 63%-dən çoxu şəhərlərdə yaşayır və rahat yaşayış şəraiti, təhlükəsizlik, əlçatanlıq, ekoloji dayanıqlılıq və layiqli məşğulluğun […]

Gündəm Siyasət

WUF13 çərçivəsində 24 min sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. AYNA-dan xeberde.az-a bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində […]

Sosial

Saatlıq işləyənlər maaşı aylıq alacaq – DEPUTAT

Bir sıra ölkələrdə tətbiq olunan saatlıq əməkhaqqı sistemi Azərbaycanda da müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər hesab edir ki, belə sistem tətbiq olunarsa, əmək münasibətlərinin tənzimlənməsi qanunvericilik əsasında aparılmalıdır. Məsələ ilə bağlı xeberde.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq əməkhaqqı tətbiq edilən ölkələrdə bu mexanizm qanunvericiliklə tənzimlənir: “Saatlıq əməkhaqqı […]

Təhsil

Bəzi ixtisaslarda keçid ballarını artıracaq SƏBƏB

Hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bəzi ixtisaslara marağın artmasına və nəticədə keçid ballarında dəyişikliklərə səbəb ola bilər. Təhsil üzrə ekspertlər hesab edir ki, beynəlxalq tədbirlər müəyyən sahələri gündəmə gətirdiyi üçün abituriyent seçimlərinə də təsir göstərir. Məsələ ilə bağlı danışan təhsil sahələri üzrə ekspert Elçin Əfəndi bildirib ki, oxşar vəziyyət daha əvvəl COP tədbiri zamanı da müşahidə […]

Dünya

Türkiyə rəsmən elan etdi: “Krım Ukraynadır”

Türkiyə ilə Rusiya arasında regional tərəfdaşlığa baxmayaraq, Ankara Krım məsələsində öz dəyişməz və sərt mövqeyini növbəti dəfə bütün dünyanın diqqətinə çatdırıb. xeberde.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən ilhaq edilməsinin 12-ci ildönümü ilə bağlı rəsmi və kəskin bəyanatla çıxış edib. Nazirliyin bəyanatında Krımın qanunsuz ilhaqı rəsmən rədd edilərək, Ankaranın bu işğalı […]