Təhsil

Nazirdən imtahanlarla bağlı ƏMR

Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Bu barədə xeberde.az-a Nazirlikdən məlumat verilib. Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla […]

Bölgə

“Uşaqlar təhlükə altındadır” – Samur qəsəbəsindəki qəzalı bağça ilə bağlı ŞİKAYƏT

Qusar rayonunun Samur qəsəbəsinin sakinləri uşaq bağçasının qəzalı vəziyyətdə olmasından şikayətçidirlər. xeberde.az-ın qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, bağçanın divarlarında çatlar var: “Divardan parçalar qoparaq təhlükə yaradır. Uşaqların bu vəziyyətdə qəzalı binada olması təhlükəlidir. Alternativ bağça olmadığı üçün övladlarımızı bura göndərmək məcburiyyətindəyik”. Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Bağçanın durumunun əks […]

AKTUAL Araşdırma Cəmiyyət

Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? – İDDİA

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb. Bunu xeberde.az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər. Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. […]

Cəmiyyət Gündəm Hadisə

Altı mindən çox bioloji aktiv qida məhsulu yandırıldı – FOTO

Fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm” MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji […]

Dünya

Dünya ŞOKDA: Daha bir dəhşətli virus yayılır – Ölən var…

ABŞ-dan Fransaya gedən nəhəng kruiz gəmisində norovirus epidemiyası panikaya səbəb olub. xeberde.az  xəbər verir ki, “Princess Cruises” şirkətinə məxsus “Caribbean Princess” gəmisində yüzdən çox insanın xəstələndiyi, bir nəfərin isə həyatını itirdiyi bildirilir. Məlumata görə, kruiz gəmisi Fransanın Bordeaux şəhərinə çatdıqdan sonra geniş təhlükəsizlik tədbirləri görülüb və 1700-dən çox şəxs karantinə alınıb. ABŞ mediasının yaydığı xəbərlərə əsasən, aprelin 28-də […]

İqtisadiyyat manset Ölkə Siyasət

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq. xeberde.az xəbər verir ki, WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək. Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə […]

Cəmiyyət Gündəm Hadisə

Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi

Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub. Rzayevanın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad […]

Dünya

ÜST: 42 günlük karantin ELAN EDİLSİN

And hantavirusunun yayıldığı “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə edilib. Bu barədə Tedros Adhanom Ghebreyesus brifinq zamanı açıqlama verib. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur. O qeyd edib ki, ÜST üzv ölkələrə yalnız tövsiyə verir […]

Sosial

Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK – Yeni QƏRARIN DETALLARI

Azərbaycanda diplomatik xidmət əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni addım atılır. Yeni qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar diplomatik xidmətinə xitam verilmiş əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli miqdarında birdəfəlik müavinət ödəniləcək. Bu təşəbbüs diplomatların hərbi xidmət dövründə maddi təminatının qorunması və onların sosial rifahının yaxşılaşdırılması məqsədi […]

Cəmiyyət

İctimai nəqliyyatda bunu edənləri 1000 manat CƏRİMƏLƏYƏCƏKLƏR

İctimai nəqliyyatda heyvanların daşınması məsələsi sərnişinlərin rahatlığı və narazılığı baxımından həmişə müzakirə mövzusu olub. Bir tərəfdən dördayaqlı dostlarımıza olan mərhəmət hissi, digər tərəfdən isə gigiyenik problemlər, bəzən fobiyalar sərnişinləri daim üz-üzə qoyur. Xüsusilə qucaqda, daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərin narazılığına səbəb olur. Belə hallarda qanunvericilik nə deyir? xeberde.az  xəbər verir ki, hüquqşünas Leyla […]