Azərbaycanda 17 milyona klinika satılır.
xeberde.az-ın məlumatına görə, obyekt Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşir.
Təyinatı klinika olan obyekt yüksək səviyyədə təmir olunmuş və tam təchizatlı klinikadır.
Məlumata görə, klinikada kardiologiya, oftalmologiya, qastroenterologiya, neyrocərrahiyyə, fizioterapiya, uşaq cərrahiyyəsi, intervensional (İnvaziv) radiologiya, laboratoriya, anesteziologiya və reanimasiya, ürək-damar cərrahiyyəsi, pediatriya və neonatologiya, psixiatriya və digər şöbələr fəaliyyət göstərir.
Xəstəxanada A dərəcəli həkimlərin fəaliyyət göstərdiyi vurğulansa da, tibb müəssisəsinin adı açıqlanmayıb.




