Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. xeberde.az xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 […]
Day: Aprel 20, 2026
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə xeberde.az-a BŞTİ-indən məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb. “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara […]
Hər 10 nikahdan 8-i boşanma ilə bitir – böhran
Rusiyada ailə institutu ciddi böhranla üz-üzədir. xeberde.az xəbər verir ki, ölkədə evliliyə maraq sürətlə azalır, boşanmaların sayı isə artmaqda davam edir. Məlumata görə, hazırda Rusiyada hər 10 ailəyə 8 boşanma düşür. 2025-ci ildə ölkə boşanma sayına görə dünya üzrə ilk üçlükdə yer alıb. Psixoloqlar bildirir ki, bir çox insanlar üçün evlilik artıq “çıxılmaz vəziyyət” kimi qəbul […]
Marşrut avtobusun sürücüsü sükan arxasında öldü
Bakıda avtobus sürücüsü sükan arxasında ölüb. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 55 saylı avtobusun sürücüsü, Bakı şəhər sakini, 60 yaşlı Rövşən Hüseynov infarktdan ölüb. Araşdırmalar rayon prokurorluğunda aparılır.
Azərbaycanda şagirdləri zəhərləyən məktəblərin SİYAHISI
Ölkədəki 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Modern.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq […]
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı
“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. xeberde.az xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən […]
Yaponiyada güclü zəlzələ – Sunami təhlükəsi də elan edildi
Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. xeberde.az xəbər verir ki, Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata bilən sunami gözlənilir. Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu […]
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. xeberde.az xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu […]
İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° […]
Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır
Lənkəranda maşın təmiri sexində çalışan usta ağır xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranarkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona bədənin çoxsaylı yanığı, […]










