Argentinanın Kordova şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı ağır qəza baş verib.
xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı bir avtomobil idarəetmədən çıxaraq tamaşaçıların arasına girib.
Nəticədə bir nəfər həyatını itirib. Qəza sonrası yarış müvəqqəti olaraq dayandırılıb.
Rəsmi məlumatlara görə, ən azı üç nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.



