Siyasət

Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb

Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. Bu barədə xeberde.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun […]

Dünya

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu

Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib. xeberde.az xəbər verir ki, bu barədə Ermənistan Apostol Kilsəsinin ruhani mərkəzi olan Eçmiədzin məlumat yayıb. “Bu qərarla Ermənistan Apostol Kilsəsinin cəzaçəkmə müəssisələrindəki ruhani xidməti dayandırılıb”, – deyə bəyanatda bildirilir. Daha əvvəl Ermənistan parlamenti kilsənin torpaq sahələrini ödənişsiz mülkiyyətə götürmək hüququndan məhrum edilməsi ilə bağlı […]

Dünya

Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar aparıldı

16 aprel tarixində Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının (Aİ) nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı […]

Dünya

Tramp İranı yenə hədələdi – SƏBƏB

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika bu və ya digər şəkildə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək. O, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, bu, “daha çox qeyri-dost formada” baş verə bilər. xeberde.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. ABŞ prezidentinə “nüvə tozu” adlandırdığı yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılmasının vaxtı ilə […]

Dünya

İran rəsmiləri Trampı təkzib etdilər: ölərik, uranı vermərik!

Rəsmi Tehran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı olmayacaq və əksinə, ABŞ-ın iddialarına baxmayaraq, bu məsələ ilə bağlı heç bir öhdəlik götürülmədiyini bəyan edib. xeberde.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ebrahim Rezai “Əl-Cəzirə”yə müsahibəsində bildirib. Rezai qeyd edib ki, Tehran uranın zənginləşdirilməsinin dayandırılması və ya dinc nüvə proqramından imtina ilə bağlı hər hansı […]

Hadisə

Piyada öldü, sürücü hadisə yerindən qaçdı

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Sürücünün hadisə yerindən yayındığı bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).

Dünya

“Atalar və oğullar” filminin rejissoru öldü

Tanınmış sovet və belaruslu rejissor Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Belarus Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirib. Belarus Mədəniyyət Nazirliyi onun uzun illər “Belarusfilm” studiyasında və Rusiya istehsalı olan filmlərdə çalışdığını qeyd edib. Karyerası ərzində Vyaçeslav Nikiforov “Dövlət sərhədi”, “Kral balıqçısı”, “Atalar və oğullar” və “Zadəgan quldur Vladimir Dubrovski” də […]

Dünya

Rusiyada Azərbaycan dili öyrəniləcək

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac olduğu barədə diqqətçəkən açıqlama verilib.  xeberde.az xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya Biznes Şurasının iclasında səsləndirib. Overçuk bildirib ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və bu istiqamətdə dəstək göstəriləcək. O qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət ayrılır, məktəblərdə […]

Dünya

İsrail məhdudiyyətləri ləğv etdi – Həyat normallaşır

İsrail Livanla qüvvəyə minən atəşkəs rejimindən sonra ölkə üzrə tətbiq edilən təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırıb. Ölkədə gündəlik həyat mərhələli şəkildə normal rejimə qayıdır. xeberde.az xəbər verir ki, bu barədə İsrailin Arxa Cəbhə Komandanlığı məlumat yayıb. Bildirilib ki, bütün ölkə ərazisində tam fəaliyyət rejiminə keçid təmin olunacaq. Yalnız İsrailin şimalındakı sərhədyanı bölgələrdə kütləvi toplantılar üçün 1000 […]