Bölgə

Bakı-Quba yolunu sel basıb – Əraziyə texnikalar cəlb olundu

Bakı–Quba yolunun bir hissəsini sel suları basıb. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a məlumat verilib ki, intensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb və bu axınlar sürətlə düzənlik istiqamətində, Xəzər dənizi istiqamətinə yönəlib. Qeyd olunub ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yerləşən suötürücü […]

Bölgə Hadisə

Şimal bölgəsində məktəbləri sel basdı – Dərslər təxirə salındı

Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb. xeberde.az xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır. Xaçmazda dərslər təxirə salınan […]

Cəmiyyət

Kollektorun üzərində tikilən ev sökülüb – FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diametri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. Bu barədə xeberde.az-a Xidmətdən bildirilib. Qeyd edilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub. Hazırda […]

AKTUAL Cəmiyyət

“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi

“Kontakt Home” mağazalar şəbəkəsi yenidən müştəri şikayətləri ilə gündəmə gəlib. xeberde.az xəbər verir ki, alıcılar mağazada satılan bəzi məhsulların öncədən istifadə edildiyini iddia edirlər. Belə iddialardan biri Aybəniz Ramazanova adlı istifadəçinin sosial şəbəkədə paylaşımında yer alıb. O bildirib ki, “Şeş-Qoşa” kampaniyası çərçivəsində endirimlə aldığı telefonun artıq istifadə edildiyini sonradan aşkar edib. Onun sözlərinə görə, cihazı aktiv […]

Təhsil

Şəki, Qazax, Cəlilabad Dövlət Universitetləri yaradılır – AÇIQLAMA

Son illərdə Azərbaycanda ali təhsil sisteminin coğrafi balansının dəyişdirilməsi məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Paytaxtda universitetlərin həddindən artıq cəmləşməsi, bölgələrdə isə ali təhsil imkanlarının məhdud qalması bu sahədə islahatların zəruriliyini daha da artırır. Məhz bu səbəbdən ali təhsil müəssisələrinin regionlara köçürülməsi, eləcə də mövcud filialların müstəqil universitet statusu alması ilə bağlı təkliflər daha […]

Dünya

Deputat: Oğlumun o qədər biliyi var ki, əsgərliyə getmədi

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Andranik Koçaryan oğlu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. xeberde.az xəbər verir ki, deputat jurnalistlərlə söhbətində oğlunun hərbi xidmətdə olmamasını təsdiqləyib və bunu onun yüksək bilik səviyyəsi ilə əsaslandırıb: “Mənim oğlum çox yüksək səviyyəli biridir. Əgər siz də onun qədər biliyə sahib olsaydınız, siz də xidmət etməzdiniz”, – deyə o […]

İdman

“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu

18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda keçirilən qarşılaşmalarda qaliblər müəyyənləşib. Qızların final qarşılaşmasında Veysəloğlu Şirkətlər Qrupu və “Avrora Qrup”un həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası”nın qadınlardan ibarət voleybol klubu “Lokomotiv” komandasını 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. […]

Gündəm manset Siyasət

İlham Əliyev Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib. xeberde.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

Bölgə Hadisə

Orta məktəbdə direktor xadimə ilə dalaşdı

Ağdam rayonunda orta məktəbdə dava olub. xeberde.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib. Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa […]

Dünya Hadisə

Yağıntılar 2 nəfərin ölümünə səbəb oldu

Dağıstanda Qejuxa su anbarında bəndin dağılmasından sonra Dərbənd rayonunun dörd mikrorayonundan ümumilikdə 4000-dən çox insan təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Bəyanata görə, Fövqəladə Hallar Nazirliyinin aviasiyası vəziyyəti izləmək üçün səfərbər edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Müslüm Devrişbekovun rəhbərlik etdiyi xüsusi qrup hadisə yerinə göndərilib. Qeyd edilib ki, ötən gün çayın […]