İqtisadiyyat manset

Heyvan bazarları nə vaxt açılacaq? – Rəsmi cavab

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir.Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, […]

Cəmiyyət

İcra başçısı işçilərini 3 fəndən imtahan edir? – RƏSMİ AÇIQLAMA

Pirallahı Rayon İcra Hakimiyəti İcra başçısı Vasif İmanovun işçiləri tarix, informatika və məntiq fənnlərindən imtahan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İcra Hakimiyyətindən məsələ ilə bağlı xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir. “Maarifləndirmə tədbirləri […]

Bölgə

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq. İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi […]

Bölgə Təhsil

Cəlilabadda bu yararsız məktəb təmir ediləcək – RƏSMİ AÇIQLAMA

Cəlilabad rayonunun E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb. xeberde.az məsələ ilə əlaqədar olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, idarə məktəbin mövcud vəziyyətindən xəbərdardır. Regional Təhsil İdarəsindən verilən məlumata görə, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb növbəti il yeni […]

İdman

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının vətəni olmuş Yunanıstanın Qədim Olimpiya kəndində yandırılıb. xeberde.az xəbər verir ki, mərasim Yunanıstanın ERT Sport televiziya kanalı tərəfindən yayımlanıb. Məşəlin alovlandırılması mərasimi yunan opera müğənnisi Kristina Pouliçinin ifasında Olimpiya Himni və Afina İtalyan Məktəbinin uşaq xorunun ifasında İtaliya və Yunanıstanın dövlət himnləri ilə başlayıb. […]

Siyasət

Ali xüsusi rütbə alan nazir müavinləri kimdir? – DOSYE

Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. xeberde.az “Yeni Sabah”a istinadən rütbə alan nazir müavinləri ilə bağlı məlumatları təqdim edir:Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini (bakalavr), 2010-cu ildə magistraturanı fərqlənmə diploma ilə […]

Cəmiyyət Hadisə

Sumqayıtda xəstəxanada qadın iynənin təsirindən öldü – TƏBİB-dən AÇIQLAMA

Sumqayıtda qadına həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edildikdən sonra o ölüb. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1953-cü il təvəllüdlü qadın yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib. […]

MARAQLI

Toxumu suyundan faydalıdır: Hər gün için, xərçəng riskini azaldır

Limon toxumlarını istehlak edərkən bir çoxumuz toxumları atırıq. Limon toxumları əhəmiyyətli təbii sağlamlıq faydaları təklif edir və xüsusilə xərçəng riskini azaltmağa kömək edə bilər. Bəs limon toxumlarının faydaları nələrdir? xeberde.az limon toxumlarının xərçəng riskini azaldan faydalarını təqdim edir: Limon toxumları tərkibindəki flavonoidlər və limonoidlər sayəsində güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Tədqiqatlar göstərir ki, limon toxumlarındakı bu […]

Gündəm Hadisə

Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. xeberde.az xəbər verir ki, DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı […]

Araşdırma

Konservləşdirilmiş qidalar zəhərlənmə riski yaradırmı?

Konservləşdirmə prosesinin müxtəlif risklər daşıdığı aşkarlanıb. Bu risk sterilizasiya olunmamış məhsullarda yaranır. Konservləşdirmə zamanı bu bakteriya tərəfindən istehsal olunan botulinum toksininin sinir sisteminə təsir etdiyi, iflicə və müalicə olunmayan hallarda ölümə səbəb olduğu aşkarlanıb. xeberde.az xəbər verir ki, elmi tədqiqatlar və xarici mütəxəssislərin xəbərdarlıqları bir daha riskin ciddiliyini vurğulayıb və təcili ictimai səhiyyə tədbirlərinin görülməsinin vacibliyini […]