Bölgə Gündəm Hadisə manset

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]

Bölgə Təhsil

Beş kollecin direktoru işdən çıxarıldı

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, […]

Bölgə Cəmiyyət

Bu istiqamət üzrə növbəti avtobus reysi açılacaq

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. xeberde.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da […]

Cəmiyyət

Dövlətlərin əlbir iqtisadi inkişafı zamanın tələbidir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm beynəlxalq tədbirdə çıxış edib. Dövlətimizin başçısı İƏT-in fəaliyyətinə böyük […]

Cəmiyyət

Dostluq və qardaşlıq əzmi ilə

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 17-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. […]

Cəmiyyət

Önəmli iqtisadi əlaqələr

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci Zirvə sammitində Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etmişdir Dövlətimizin başçısı bəyan etmişdir ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin […]

Cəmiyyət

Əhəmiyyətli təşəbbüslər

Dövlətimizin başçısı İlham Əliyev İƏT-in Xankəndidə keçirilmiş Zirvə görüşündə ölkəmizə xüsusi diqqətin, xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd etdi ki, Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Biz suveren ölkə kimi onlarla bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Bu Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin […]

Cəmiyyət

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. […]

Cəmiyyət

Erməni vandalizminin təzahürləri

Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə sammitində çıxış edib. Dövlət başçısı bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə sammiti ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq […]

Gündəm Ölkə Region

Fındıq mafiyası iş başında – bağları məhv edən qiymət təklif edirlər

Quba-Xaçmaz bölgəsində bir neçə gündür ki, kəndlərin divar və dirəklərində eyni məzmunlu elanlar gözə dəyir: “Yaş fındıq 1 manata alınır!” Bu elanlar fındıq becərən kəndlilərdə qəzəb və məyusluq yaradıb. Ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpiyə olub. Bu il isə 1 manat təyin olunub. Fındıq bağları bu bölgədə kəndlilərin əsas dolanlışıq mənbəyidir. […]