Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov haqda sensasion iddia yayılıb. xeberde.az haqqin.az-a istinadən xəbər verir ki, məişət zorakılığının qurbanı olan qadın saytın redaksiyasına müraciət edib. “Bu hekayədə ən paradoksal olan odur ki, zorakılıq ABŞ ərazisində törədilib və qadın Azərbaycana qaçaraq həyatını xilas edib” deyə, haqqın.az yazır. Bildirilir ki, 38 yaşlı H.P. Məhəmməd Pənahov […]
Day: May 5, 2025
İmtahan cavabları ELAN OLUNDU
Dövlət İmtahan Mərkəzi tərəfindən 6 aprel 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan edilib. xeberde.az-ın məlumatına görə, cavabları açıqlanan imtahanlar aşağıdakılardır: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə […]
Ucuz onlayn alış-veriş dövrü başa çatır – Çin məhsullarına 145%-dək vergi tətbiq olunur
ABŞ-də bu gündən etibarən qüvvəyə minən yeni gömrük rüsumları milyonlarla alıcını birbaşa təsirləndirəcək. Xüsusilə Çin mənşəli ucuz məhsullara tətbiq edilən yüksək vergilər onlayn alış-verişdə ciddi qiymət artımlarına səbəb olub. “Temu”, “Shein” və “AliExpress” kimi Çin mərkəzli platformalardan edilən və 800 dollar məbləğindən aşağı olan sifarişlərə vergidən azadolma imkanı verən “de minimis” qaydası artıq qüvvədən düşüb. […]
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurası formalaşdırılıb. xeberde.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib. İlham Qasımov 1977-ci ildə anadan olub. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci […]
Coratda bir ailəni məhv edən Müşfiq zorlandığını deyirdi – Qətlə yetirilən ailənin xanımından ETİRAZ
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı barədə məlumat vermişdik. Müşfiq Tağıyev hadisəni qisas məqsədi ilə törətdiyini, ailənin üzvü olan Anar Fərəcovun 26 il əvvəl onu zorlamaq istəməsilə izah edib. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/coratda-3-neferi-olduren-musfiq-10-yasindan-qisasla-boyuyubmus-qan-fisqiranda-hezz-alirdim-sok-ifade_1164907.html Onun bu ifadəsi Fərəcovlar ailəsi tərəfindən […]
“Veysəloğlu” rəhbəri məzun olduğu universitetdə təşkil edilən Karyera Sərgisində iştirak edib
Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi, universitetin əməkdaşlıq etdiyi və qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub. Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə […]
Kommunal ödənişlərdə müəmmalı qərar
İşıq pulunu ödəmək üçün əvvəlcə zibil haqqını bağlamalısan? Xəbər verdiyimiz kimi, “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” təsdiqlənib. Mayın 1-nə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. Sistemin yaradılmasına […]
Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb. Nəticədə onun qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb. Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda hadisə […]
Xaricə gedən azərbaycanlılar harada gecələyir?
Bu ilin ilk 3 ayında turist kimi xarici ölkələrə 279 min 151 nəfər Azərbaycan vətəndaşı gedib. Dövlət Statistika Komitəsindən xeberde.az-a verilən məlumata görə, Azərbaycandan xaricə gedən şəxslərin xarici ölkələrdə keçirdikləri gecələrin ümumi sayı 1 milyon 514 min 144 olub. Ən çox gecələmə – 790 861 gecə – mehmanxana və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Xaricə səfər edən azərbaycanlıların […]
Skayp bu tarixdə fəaliyyətini dayandırır
“Skype” platforması mayın 5-də bağlanacaq. xeberde.az xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb. “Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, – şirkətdən bildirilib. Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib. Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər […]