Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında […]
Month: May 2025
İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı
Qusarda itkin düşən şəxsin meyiti tapılıb. xeberde.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.
Ukraynada həlak olan koreyalılarla bağlı ŞOK – Meyitləri yandırırlar
Rusiya-Ukrayna müharibəsində 600 Şimali Koreya əsgəri həlak olub. xeberde.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin üzvü Li Son Kvun ölkənin kəşfiyyat xidmətinə istinadən bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Şimali Koreya əsgərlərinin ümumi itkisi 4700 nəfər təşkil edir. Onların təxminən 600-nün döyüşlərdə həlak olduğu qeyd olunur. “Həlak olanların […]
Emin Ağalarovla Eyyub Yaqubov bir arada – FOTO
Xalq artistləri Emin Ağalarovla Eyyub Yaqubov bir araya gəlib. Onlar məclislərin birində görüşüb. Sənətçilərin birgə fotosunu müğənni Fuad Musayev paylaşıb.
“Kızılcık şerbeti”ndə ayrılıq – FOTO
Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan “Kızılcık Şerbeti” serialında bu mövsüm hekayəyə daxil olan Meri obrazı ilə vidalaşma vaxtıdır. xeberde.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meri obrazını canlandıran təcrübəli aktrisa Şebnem Bozoklu serialın heyətindən ayrılacaq. Bozoklunun canlandırdığı Meri obrazının hekayəsi yaxın günlərdə tamamlanacaq və aktrisa 3-cü mövsüm finalından əvvəl seriala vida edəcək. […]
“Məni onun kimi təhqir edən olmamışdı” – FOTO
Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasına reaksiyasız qalıb. xeberde.az xəbər verir ki, sənətçi həmkarının ifasını tanımayıb. “Heç tapa bilmərəm kimdir. On dəfə də qulaq assam da bilməyəcəyəm”. Eyni studiyada qonaq olan Nadir Qafarzadə isə “Səbinə, çox sağ olun. Siz ki, məni… Məni heç belə təhqir edən olmamışdı” deyərək, verilişdən getmək istəyib.
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər – FOTO
Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdiriblər. xeberde.az xəbər verir ki, sözügedən “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub. Dinləyicilərin əksəriyyəti ifanı bəyənsə də, klip izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
“Yastıq altı” banklardan daha etibarlıdır
Azərbaycanda niyə cəmi 150 min vətəndaşın əmanət hesabı var? Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşündə müzakirə olunan məsələlərdən biri də Azərbaycanda banklara pul əmanət edən şəxslərin sayının azlığı olub. Müzakirələr zamanı Mərkəzi Bank sədri unikal əmanət hesabları ilə bağlı narahatlığını dilə gətirib. Onun fikrincə, cəmi 150 min vətəndaşın əmanət hesabının olması Azərbaycan […]
Maşınınızda bu aksesuarlar varsa, çıxarın! – CƏRİMƏSİ VAR – VİDEO
Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür. Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur? Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat […]
XTQ-nin yaradılmasından 26 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür. xeberde.az-ın məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində […]