Bölgə Təhsil

Nazir Qaxda tədris prosesi ilə tanış oldu

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub. xeberde.az  xəbər verir ki, səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar […]

Təhsil

Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq. Bu barədə xeberde.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata […]

Təhsil

Bəzi ixtisaslarda keçid ballarını artıracaq SƏBƏB

Hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bəzi ixtisaslara marağın artmasına və nəticədə keçid ballarında dəyişikliklərə səbəb ola bilər. Təhsil üzrə ekspertlər hesab edir ki, beynəlxalq tədbirlər müəyyən sahələri gündəmə gətirdiyi üçün abituriyent seçimlərinə də təsir göstərir. Məsələ ilə bağlı danışan təhsil sahələri üzrə ekspert Elçin Əfəndi bildirib ki, oxşar vəziyyət daha əvvəl COP tədbiri zamanı da müşahidə […]

Təhsil

Nazirdən imtahanlarla bağlı ƏMR

Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Bu barədə xeberde.az-a Nazirlikdən məlumat verilib. Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla […]

Təhsil

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2026-cı ilin iyun ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili), riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivə sənədini təqdim edir. Bu sənəd ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində beynəlxalq ekspertlər qrupunun dəstəyi ilə hazırlanıb. xeberde.az xəbər […]

Təhsil

Buraxılış imtahanlarının nəticələri açıqlandı 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qeyd edək ki, […]

Gündəm Hadisə Təhsil

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? – Polis hərəkətə keçdi

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir. Məktəbdən verilən məlumata görə, mayın […]

manset Təhsil

Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur

“Rəqəmsal məktəb” platforması gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq”. xeberde.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bugünkü brifinqdə deyib. O bildirib ki, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində kağız jurnal ləğv ediləcək.

Təhsil

“Müəllimlərin “YouTube” çıxışlarına mat qalıram”

“Müəllimlərin “YouTube” çıxışlarına mat qalıram. Deyirlər ki, mən həll edə bilmirəm, şagird necə etsin?” xeberde.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib. “Bu, proqram çərçivəsində olan sualdır. Proqramda var, düşünmək lazımdır. Müəllimlər deyirlər ki, DİM işçiləri sualları işləsinlər. Biz bunu işləyib baxırıq ki, bacarırıq, ya yox. Cəmiyyət o zaman inkişaf […]

Təhsil

“Bu ixtisaslara qəbul qaydaları dəyişə bilər” – RƏSMİ

“İngilisdilli fakültələrə qəbul qaydalarında gələcəkdə müəyyən dəyişikliklərin mümkünlüyü istisna edilmir”. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə  “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı  bildirib. O qeyd edib ki, hazırda birinci il üzrə ingilisdilli fakültələrə qəbul qaydalarında esse ilə bağlı dəyişiklik nəzərdə tutulmur. Onun […]