Təhsil

Bu universitetin tələbələrinə ŞAD XƏBƏR

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlər verəcək. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. ADPU-nun Quba filialında 400-dən çox balla qəbul olunan tələbələr arasından ən yüksək nəticə göstərən 2 tələbəyə hər ay 100 manat məbləğində adlı təqaüd veriləcək. Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına […]

Təhsil

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.  Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini […]

Təhsil

Müəllimlik ixtisasını seçən oğlanlara təqaüd veriləcək – AÇIQLAMA

Bakı Slavyan Universitetində (BSU) “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan oğlan tələbələr üçün nəzərdə tutulan təqaüd proqramından 2026/2027-ci tədris ilində 5 tələbə yararlanacaq. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Bakı Slavyan Universitetindən məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində qeyd olunan ixtisaslar üzrə qəbul imtahanında 450 baldan yuxarı nəticə göstərən ilk 5 oğlan tələbəyə təqaüd veriləcək. “Proqram çərçivəsində tələbələrə […]

Təhsil

IV ixtisas qrupunda ballar yüksələcək

IV ixtisas qrupu üzrə bu il tibb ixtisaslarında keçid ballarının yüksələcəyi gözlənilir. Kənd təsərrüfatı istiqaməti üzrə isə ötənilki keçid ballarının əsasən qorunacağı proqnozlaşdırılır. xeberde.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib. DİM sədri bildirib ki, IV ixtisas qrupu üzrə ümumilikdə 5 048 plan […]

Cəmiyyət Təhsil

I-IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, […]

Təhsil

Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2026-cı il tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. xeberde.az xəbər verir ki, yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Model çərçivəsində valideynlərə uşaqları üçün geniş seçim imkanı yaradılır və daha […]

Təhsil

Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı

Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək. xeberde.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, seçimlər iyulun 20-dək davam edəcək. Bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid […]

Təhsil

Bağça müəllimlərinin nəzərinə: sertifikasiya sənədi açıqlandı

Bu il məktəbəqədər tərbiyə müəssisələrinin metodist və müəllimləri də (bağça müəllimləri) ilk dəfə sertifikasiya imtahanından keçiriləcək. xeberde.az xəbər verir ki, Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, bağça müəllimlərinin sertifikatlaşdırması oktyabr ayına planlaşdırılıb. Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış olmaq mümkündür: […]

Təhsil

Tələbə adını qazanmaqda rekord nəticə: Sumqayıt birincidir

Təhlillər göstərir ki, böyük şəhərlər arasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri üstün mövqedədir. xeberde.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsi əsasında “Trend.az”ın müxbiri müəyyən edib. “Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün […]