20 Noyabr – Ağdam Şəhəri Gününü Zəfər tariximizin parlaq səhifələrindən biri kimi qeyd edirik. Biz bir şəhid ailəsi olaraq bu günü qürurla, eyni zamanda kədər və həyəcanla qarşılayırıq. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa […]
Siyasət
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakı olacağını söyləyib. Qeyd edək ki, Dövlət başçısının dəvət aldığı ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid […]
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
12 noyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Prezident qəbul vaxtı onlara böyük etimad göstərildiyini söyləyib və bir sıra tövsiyələr və tapşırıqlar verib: “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət […]
Paşinyandan Qarabağla bağlı maraqlı etiraf
Ermənistan Qarabağ məsələsində illərlə konkret bir ölkənin təsiri altında qalıb. xeberde.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən bildirib. Paşinyanın sözlərinə görə, 2018–2022-ci illərdə Ermənistan ordusunun sosial-psixoloji vəziyyəti və düşüncə sistemi xarici təsirlərin altında formalaşıb: “Ermənistan Qarabağ məsələsində konkret bir ölkənin cibində idi. 2018, 2019, 2020, 2021 və hətta […]
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir?
Bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri […]
Qaxın yeni icra başçısı kimdir? – DOSYE
Xəbər verildiyi kimi, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.azxəbər verir ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 […]
Prezidentin işdən çıxardığı Fuad Nəcəflinin DOSYESİ
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xeberde.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir: Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər […]
İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə […]
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı […]
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. […]










