Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Ölkə
IV və VI siniflərdə monitorinq təşkil olunacaq
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə 18 may tarixində IV, 19 may tarixində isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək. xeberde.az xəbər verir ki, bu barədə MÜTDA-dan bildirilib. Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə […]
Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO
Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur. Hacıqabul rayonunda yağan intensiv yağışlar […]
Pensiyalar sabah ÖDƏNİLƏCƏK
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Azərbaycanda qeysəriyyə “qətliamı” – şok rəqəmlər
Ölkədə bu əməliyyat nəticəsində ana və uşaq ölümlərinin sayı durmadan artır; professor həyəcan siqnalı verdi Bakıda 18 yaşlı gənc qadın qeysəriyyə əməliyyatından sonra vəfat edib. Aprelin 26-da Sumqayıt Tibb Mərkəzində qeysəriyyə əməliyyatı olunan Kürdəmir rayon sakini 2007-ci il təvvəllüdlü Tahirə Sahir qızı Hüseynovanın daha sonra halı pisləşib. Bundan sonra o, Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib və […]
Musiqi məktəblərində yalnız ali təhsillilər dərs deyəcək! – Nazir planları AÇIQLADI
“Musiqi məktəblərində yalnız ali təhsilli şəxslərin pedoqoji fəaliyyətlə məşğul olmasına çalışacağıq” xeberde.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli deyib. O bildirib ki, birdən-birə insanları bu prosesə cəlb edə bilmərik. “Birdən-birə bunu qadağan edə bilmərik, insanlara zaman tanımalıyıq, təxminən 2038-ci ildə qanunvericilikdə belə bir dəyişiklik edəcəyik və həmin ilə qədər orta təhsilli pedoqoqların ali təhsil almasına […]
SOS: Bu zərərli içkilər məktəblərə də ayaq açıb – Xəbərdarlıq
Gənclər arasında artan qəfil ölümlərin bir səbəbi də enerji içkiləri ola bilər, çünki…; həkim əhalini bu məhsullardan uzaq olmağa çağırdı “Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura […]
Bu üç qida sizi daha ağıllı edəcək
“Zehni performansı artırmağın qızıl üçlüyü balıq, qoz və yumurtadır” xeberde.az xəbər verir ki, bunu Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran bildirib. O, balanslı qəbul edildikdə neyro-qidaların yaddaşı gücləndirdiyini, diqqəti artırdığını və beyin sağlamlığını qoruduğunu söyləyib. Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran izah edib ki, sinir sistemi sağlamlığını qoruyan və zehni funksiyaları dəstəkləyən bəzi […]
6 manatdan 11 manata qaldırıldı – Yeni QƏRAR
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla dövlət hesabına ödənilən hüquqi yardım məbləği 11 manat müəyyən edilib. Göstərilən xidmətə görə tələb olunan məbləğ indiyədək 6 manat idi.
İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər. xeberde.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Fəxri xiyabanda nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin […]










