Cəmiyyət Ölkə

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

xeberde.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Ölkə Sosial

“Sumqayıt Hospital”ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib…”

“Sumqayıt Hospital”da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb”. Ölkə.Az xəbər verir ki, bu fikirləri Qaynarinfo-ya 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb. Püstəxanım Quliyeva 18 aprel 2023-cü il […]

manset Ölkə Siyasət

Sahakyandan məhkəmədə Azərbaycanla bağlı ŞOK ETİRAF

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib. xeberde.az AZƏRTAC-a istinadla xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib. O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini söyləyib. […]

manset Ölkə Siyasət

Azərbaycan-Türkiyə ittifaqının Şuşa Zəfəri

15 iyun 2021-ci il tarixində Azərbaycanın azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi, yalnız diplomatik sənəd deyil, yeni bir tarixin başlanğıcı, yeni bir geosiyasi sistemin qurulmasına ilk addım idi. Bu sənəd, əsrlərdən bəri eyni dili, dini, mədəniyyəti və taleyi paylaşan Azərbaycan və Türkiyənin öz gələcəklərini artıq yalnız dostluq deyil, müttəfiqlik müstəvisində birgə qurmağa qərarlı olduqlarının […]

Cəmiyyət Ölkə

Bulvara Çindən faytonlar gətiriləcək

Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib. xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az İdarədən məlumat əldə edib. Məlumata görə, Dənizkənarı Bulvar İdarəsi Çin şirkəti “Xuchang Qianzhimei Carriage Manufacturing Co. LTD” ilə elektrik mühərrikli (atsız) faytonların satın alınması ilə bağlı müqavilə bağlayıb. Sifariş edilən faytonların sayı açıqlanmayıb.

AKTUAL Cəmiyyət Ölkə Sosial

Paytaxt məktəblərində narkoloji test aparılacaq?

Testin 8-11-ci sinif şagirdləri arasında aparılması təklif olunur – Rusiyada müəllimlər ildə iki dəfə testdən keçir Narkomaniya bütün dünyada əsas problemlərindən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Bu zərərli vərdişlə bağlı maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar hazırlanır, lakin azalma müşahidə olunmur. O da sirr deyil ki, narkotik istifadəçilərinin yaşı gəncləşib.  Mütəxəssis vurğulayır ki, bunun […]

Bölgə Cəmiyyət Gündəm Ölkə

SSRİ bayrağı qaldıran Saleh Səmədov KİMDİR…

Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.  Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. xeberde.az Saleh […]

Ölkə Region Təhsil

Xankəndidə ikinci məktəb açılacaq

Xankəndidə ikinci məktəb açılacaq. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. E.Əmrullayev xatırladıb ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb ötən il təmir olunub: “Həmin məktəb tam dolub, bu səbəbdən ikinci məktəbin açılması nəzərdə tutulub. 2026-cı ilədək […]

Araşdırma Ölkə

Azərbaycan uşaq ölümünə görə ön sırada – ŞOK SƏBƏBLƏR

Quru rəqəmin arxasındakı qorxunc gerçək üzə çıxdı; pediatr əsas problemləri sadaladı Dünya Bankı və “Statista”nın (bazar və istehlak məlumatları üzrə ixtisaslaşan alman şirkəti) məlumatlarına əsasən, Azərbaycan öz qonşuları arasında və Avropa ölkələri ilə müqayisədə ən yüksək uşaq ölümü göstəricisinə malikdir. Bildirilir ki, 2022-ci ildə Azərbaycanda perinatal ölüm göstəricisi hər 1000 doğulan uşağa nəzərən 16,2-yə çatıb. […]

Ölkə Siyasət

Dövlət başçısı daha bir sərəncam imzaladı

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib. xeberde.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq: Komissiyanın sədri: Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri […]