Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, […]
manset
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? – RƏSMİ AÇIQLAMA
“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil […]
Uşaq dünyaya gələn zaman atası məlum deyilsə… – “Həkim məsuliyyətə cəlb oluna bilər”
“Əgər doğuşun evdə qəbul edilməsi zərurəti yaranıbsa və buna göstərişlər varsa, bu halda həkimin hər hansı məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Lakin doğuşun mütləq şəkildə evdə həyata keçirilməsinə zərurət yoxdursa, vətəndaşın doğuşu tibb müəssisəsinə çatdırılaraq həyata keçirilməsi mümkün olduğu halda həkim bunu etmirsə və evdə doğuş zamanı ana və körpənin sağlamlığı risk altındadırsa, yaxud […]
“Son zəng”lə bağlı XƏBƏRDARLIQ
“Son zəng”lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz. xeberde.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb: “Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. “Son zəng”lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə […]
Sumqayıtda “Bayraktar” istehsal ediləcək
“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. xeberde.az-ın məlumatına görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda […]
Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb. xeberde.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Qəbul iyunun 2-də başa çatacaq.
Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? – GÖRÜNTÜLƏR YAYILDI
Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. İddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) […]
Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az-ın xəbərinə görə, mədəniyyət naziri Adil Kərimli dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, […]
Tofiq Yaqublu aclığı dayandırdı
Həbsdə olan və 40 günə yaxındır aclıq edən Tofiq Yaqublu aclığı dayandırıb. xeberde.az-ın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib. Tofiq Yaqublunun qızı atasının aclığı dayandırması ilə bağlı bunları qeyd edib: “İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu, tək onun ölümü […]
Azərbaycanda bu siqaretlər bahalaşır – MƏBLƏĞ
Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir. Satış şəbəkələrinə artıq “Sabrania” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib. Artım ilkin mərhələdə yalnız “Sabrania” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək. Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb. Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur. Rəsmi açıqlama verilməsə […]










