Bölgə Cəmiyyət manset

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Trend-ə yerli sakinlər məlumat verib. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub.

İqtisadiyyat manset

Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 11-dən etibarən Azərbaycanın iki istehsalçısından süd idxalına qadağa qoyub. xeberde.az bu barədə Xidmətin saytına istinadən xəbər verir. Bildirilir ki, Azərbaycan istehsalçıları olan “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC-dən bütün növ süd məhsullarının idxalı qadağan edilib. Qərarın Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə […]

Gündəm manset Siyasət

Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Bölgə manset Təhsil

Tələbələrin köçürülməsi BAŞLAYIR

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək […]

manset Siyasət

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır. Diplomatik xidmətin yaradılmasından 106 il ötür. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də […]

Cəmiyyət manset Ölkə

Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı – RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə […]

manset Ölkə Region Təhsil

Qarabağ Universitetində tibb fakültəsi açıldı – RƏSMİ

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. xeberde.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. “Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) […]

Gündəm manset Siyasət

Prezidentdən İldırım Vəliyevlə bağlı – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev İldırım Vəliyevə ali xüsusi rütbənin verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

manset Siyasət

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan […]

manset Siyasət

YAP-çı deputatdan Rusiya ilə bağlı yeni açıqlamalar  

“Azərbaycan Rusiyadan uzanan dostluq əlini hər zaman sıxmağa hazırdır” Rusiya-Azərbaycan arasında son 10 gündə yaranan gərginlik yavaş-yavaş aradan qalxır. Artıq Rusiyadan gələn nümayəndə heyəti Bakıdadır.  Məlumata görə, fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsinə dair qeyri-rəsmi danışıqlar aparacaq. “Azərbaycan-Rusiya münasibətləri ancaq və ancaq yaxşı olmaq variantında olmalıdır. Digər variant bu […]