Hadisə manset

Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib. Ş.Musayev 82 yaşında dnyasını dəyişib. O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub. Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir. Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri […]

manset Siyasət

Yaxın Şərq diplomatiyasında Bakı imzası: Əhməd Əl Şaraa bizə niyə lazımdır – OPERATİV ŞƏRH

xeberde.az-ın artıq daha əvvəl xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. Dövlət başçıları arasında məhdud və geniş tərkibdə danışıqlar keçirilib, rəsmi mərasim zamanı birgə foto çəkilib. Əhməd Əl Şaraa işgüzar səfər üçün Bakıya gəldikdə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş nazirinin birinci […]

manset Siyasət

Əhməd Əl Şaraa Bakıda! Prezident İlham Əliyev onu qəbul etdi – FOTOLAR, VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. xeberde.az xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid […]

Gündəm manset

Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 12-də […]

Cəmiyyət manset

Ölkədə nikahsız doğulanların sayı artır – İki baxış

Üzeyir Şəfiyev: “Nikahsız ailə ailə sayıla bilməz, çünki…” Son zamanlar nikahdankənar doğulan uşaqların sayında artım müşahidə olunur. “Bakı-Xəbər” məlumat yayıb ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub. Bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahdankənar uşaqlar […]

manset Ölkə Siyasət

Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir […]

Cəmiyyət manset Ölkə Sosial

Gələn həftədən bağçalara qəbul başlayır

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, iyulun 18-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil […]

Cəmiyyət manset

Bu dövlət qəzetləri birləşdirildi

“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər […]

Gündəm manset Sosial

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncama əsasən, dövlətimizin başçısı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 650 min manat ayırıb. Həmin Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə […]

İqtisadiyyat manset Siyasət

Publik hüquqi şəxslər üçün vahid indekslərin siyahısı genişləndirilib

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı genişləndirilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti bu siyahıya əlavə edilib.