İqtisadiyyat manset

Manatı təhlükə gözləyir? – Mərkəzi Bank sədrindən AÇIQLAMA

Yaxın aylar üçün manatı hər hansı ciddi təhlükə gözləmir. xeberde.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə keçirdiyi görüşdə bildirib. Toplantıda iştirak edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın sədri əmin edib ki, manat hələ ki sabit qalacaq və yaxın müddətdə ona hər hansı təhlükə olmaayaacq.

İqtisadiyyat manset

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır. xeberde.az xəbər verir kİ, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor […]

İqtisadiyyat manset

Bir sıra məhsullar ƏDV-dən azad edilir

Növbəti il kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrələrə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin satışının, xammal kimi istifadə edilməsi məqsədilə mineral və orqanomineral gübrələrin idxalının da ƏDV-dən azad edilməsi planlaşdırılır. xeberde.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

İqtisadiyyat manset

Avtomobillərin utilizasiyasına 52 milyon manat ayrılacaq

Gələn il nəqliyyat vasitələrinin utilizasiyası fonduna ayrılacaq vəsaitin həcmi açıqlanıb. xeberde.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər olmaqla 52,0 milyon manat nəzərdə tutulur. Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə yeni istehsal olunmuş […]

Bölgə Cəmiyyət manset

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib. xeberde.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbirsitanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(qafqazinfo)

manset Siyasət

Zəngəzur dəhlizi 2028-ci ilin sonunda açıla bilər – Prezident

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib. Dövlətimizin başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn […]

manset Siyasət

Qazaxıstan modernləşmə yolu ilə inamla irəliləyir – İlham Əliyev

Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. xeberde.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. “Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, – […]

İqtisadiyyat manset

Ətin qiyməti niyə ucuzlaşır? – SƏBƏB

Son günlər iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi istər ətin, istərsə də ağartı məhsulların qiymətinə təsirsiz ötüşməyib. Xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması, qiymətlərin ucuzlaşmasına səbəb olur. Bölgələrdə satıcıların sözlərinə görə, ətin qiymətində 2 manata qədər ucuzlaşma var: “Əvvəl 17 manata satılan ət indi 14-15 manata veririk. Bəzən ət qalıb xarab olmasın deyə […]

manset Sosial

Bu şəxslərə 900 manat veriləcək – SİYAHI

Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır. xeberde.az-ın əldə etdiyi məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb. Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb. Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək: 1) […]

Kriminal manset

Bakıda taksi sürücüsü qarət edildi

Oktyabrın 17-də gecə saatlarında paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib. xeberde.az xəbər verir ki, zərərçəkənin şikayəti əsasında Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.