Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda həyat yoldaşı Vasif Kərimov tərəfindən güllələnən Fərqanə Kərimovanın vəziyyəti açıqlanıb. Bu barədə xeberde.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ötən gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın […]
manset
Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. xeberde.az xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.
Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görüldü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb. BŞTİ-dən xeberde.az-a bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), […]
Xocalıda qətlə yetirilən beş yaşlı qızın məzarı açıldı – VİDEO
Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb. xeberde.az AzTV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar. Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal olunan […]
Şahin Şıxlinskinin oğlunun evində axtarış aparılacaq
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb. Bundan […]
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? – FOTOLAR
Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur. Bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib. “Bu, uşaqlar üçün alınan “Bolluq LTD” MMC məhsuludur. Sizcə bunu uşaq yesə sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün”, […]
İkinci Fəxri Xiyaban təmirə bağlandı – FOTO
Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb. xeberde.az xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir. Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur. Təmir sentyabrın 27-dək başa […]
Polşa müharibəyə hazırlaşır: çağırış məktubları qadınlara və 50+ yaşlılara da göndərilir
Polşa hökuməti ölkənin artan hərbi ehtiyacları və təhlükəsizlik riskləri fonunda silahlı qüvvələrin ehtiyatlarını kəskin şəkildə gücləndirməyə qərar verib. xeberde.az məşhur Wyborcza qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə 235 min çağırış məktubu göndəriləcək. Ən diqqət çəkən məqam isə odur ki, çağırış məktubları təkcə hərbi çağırış yaşında olan kişilərə deyil, həm də qadınlara və 50 yaşdan yuxarı […]
Orxon yazıları və ortaq Türk dili təklifi
Türk dünyasının birliyini möhkəmləndirmək üçün bütün türkologiya konfranslarında türk xalqlarının qarşılıqlı inteqrasiyası üçün ortaq türkcənin qəbulu müzakirə olunur. Yaxın zamanda təsdiq olunmuş ortaq türk müasir latın əlifbası, bir çox latın qrafikalı türk əlifbalarındakı hərfləri özündə birləşdirib. Bu hal, daha çox rəqəmsal aləmdə faydalı ola bilər və birbaşa ünsiyyət üçün əhəmiyyəti azdır. Amma buna baxmayaraq, bu […]
Polad Həşimovun şəhid olmağından 5 il ötür
O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general… Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir… Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var. O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi […]










