Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib. “Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam […]
manset
Braziliyadan dünya bazarına qəhvə tədarükü kəskin şəkildə azaldı
2025-ci il may ayının yekunlarına görə Braziliyadan dünya bazarına qəhvə dənələrinin tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalıb. xeberde.az xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Qəhvə İxracatçıları Şurasının (Cecafe) saytında bildirilib. Yazın son ayında yerli plantasiya sahibləri ixrac üçün cəmi 2,963 milyon ədəd 60 kq-lıq kisə göndərə biliblər. […]
Alim Qasımovdan tənqidlərə cavab
Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cavab verib. xeberde.az xəbər verir ki, bu barədə xanəndə “Baku TV”yə müsahibəsində danışıb. O, gələcəkdə replə muğamı sintez edəcəyini bildirib: “Dostumun toyu idi, dəvət etdilər. Mən də çıxdım ora zümzümə elədim. Bu qədər muğamlar oxumuşam, heç onları demirlər. İki kəlmə ağlıma gələn sözü demişəm, […]
Bakıda direktor CƏZALANDIRILACAQ: “Məktəbin həyətində işçilərə avtomobil yudurdur”
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb. xeberde.az xəbər verir ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən avtomobillər – 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, məktəb […]
“Hacıqabul Quşçuluq Şirkəti” köhnə yumurtaların satılması iddiasına cavab verdi, medianı ittiham etdi – MÖVQE
“Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin 6-7 ay soyuducularda saxlanılan yumurtaların bazara “yeni məhsul” adı ilə çıxarılması iddiasına cavab verilib. Şirkətdən xeberde.az-a verilən məlumatda bildirilib ki, son günlər bəzi media resurslarında Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti və məhsulları ilə bağlı qərəzli, təxribat xarakterli və həqiqətdən uzaq məlumatların yayıldığı müşahidə olunur. Bu cəhdlərin məqsədi açıq şəkildə şirkətimizin nüfuzuna zərbə vurmaq və […]
Ordumuz dünyanın ilk 50 güclü ordusu sırasındadır – Komitə sədri
26 İyun Azərbaycanda böyük qürur və fəxarət hissi ilə qeyd olunan Silahlı Qüvvələr Günüdür. Bu tarix ölkəmizin dövlətçilik və ordu quruculuğu tarixində mühüm yer tutur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev xeberde.az-a Azərbaycanın ordu quruculuğu istiqamətində keçdiyi inkişaf yolundan danışıb. Deputat bildirib ki, Azərbaycanda Milli Ordu quruculuğu birmənalı şəkildə Ümummilli […]
General Kərim Vəliyev Türkiyəyə getdi
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb. Müdafiə Nazirliyindən xeberde.az-a verilən xəbərə görə, səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləməsi, sonra […]
Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin rekord göstəricisi
Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. “Dun & Bradstreet”in yaydığı “2024 Qlobal İflas Raporu”na görə ötən il 47 ölkənin 65 faizində şirkət iflasları artıb. xeberde.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir. Şirkətlərin bağlanmasının əsas səbəbləri pandemiya sonrası dövlət dəstəklərinin sona çatması, faiz dərəcələrinin artması, zəif qlobal iqtisadi artım, azalan istehlakçı […]
Azərbaycanda 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur
xeberde.az-ın məlumatına görə, Qax, Nəsimi, Culfa və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur. Belə ki, bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb. Culfanın icra başçısı Siyam Hacıyev isə ötən ilin iyul ayında işdən çıxarılıb və onların yerinə heç kim təyin edilməyib. Nəsimi Rayon […]
Baş nazir qərar imzaladı
Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan […]










