Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
manset
Orxan Mürsəlov Gədəbəydən çıxarıldı – Göyçaya icra başçısı aparıldı
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaxın yeni icra başçısı kimdir? – DOSYE
Xəbər verildiyi kimi, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.azxəbər verir ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 […]
Prezidentin işdən çıxardığı Fuad Nəcəflinin DOSYESİ
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xeberde.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir: Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər […]
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı […]
Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan […]
Bakıda müəllim tələbədən ətir istədi, işdən çıxarıldı – Məhkəmə işi
Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib. xeberde.az xəbər verir ki, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib. İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin […]
Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq. xeberde.az xəbər verir ki, bu barədə təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli “Qafqazinfo”ya bildirib. “Bizə ölkəmizin Qazaxıstandakı səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksinin açılışı təxminən hadisənin […]
İlham Əliyevdən Zəfər Günü paylaşımı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. xeberde.az paylaşımı təqdim edir:
Qarabağda 20 yaşayış məntəqəsi üzrə layihələndirmə BAŞA ÇATIR
5 il ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. xeberde.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu sənədlər hər […]










