manset Siyasət

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur.

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ötən ilin tarixi il olduğunu vurğulayaraq qeyd edib ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Dövlət başçısı eyni zamanda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaranmasının, Zəngəzur dəhlizininn açılmasının reallaşacağını inamla bildirib. Müsahibəsində Azərbaycan Prezidenti ötən il ölkəmizdə bir […]

AKTUAL İqtisadiyyat manset

İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS

Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən […]

AKTUAL Bölgə Gündəm Kriminal manset

Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır

“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”. Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib. O bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu […]

Kriminal manset

Azərbaycanlı Rusiyada polis əməkdaşını qətlə yetirməkdə ittiham olunur- Foto

Rusiyada Rauf Əliyev adlı Azərbaycan vətəndaşı polis əməkdaşını qətlə yetirməkdə ittiham edilir. xeberde.az xəbər verir ki, hadisə Tver vilayətinin Maksatiha kəndində qeydə alınıb. Rusiyada qanuni əsaslarla işləyən Rauf Əliyev onun kirayə qaldığı mənzilə baş çəkən 2 polis əməkdaşı ilə mübahisə edib. Hadisə zamanı həmyerlimizin 22 yaşlı Andrey adlı polis əməkdaşına bıçaq xəsarətləri yetirərək hadisə yerindən […]

manset Mədəniyyət

Atasına həsr olunan gecəyə bilet alıb gedəcək – Əliağa Vahidin qızına qarşı BİABIRÇI MÜNASİBƏT

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qəzəlxan Əliağa Vahidin qızı Firəngiz İsgəndərova atasına həsr olunmuş yaradıcılıq gecəsinə dəvət edilməyib. xeberde.az-a daxil olan məlumata görə, yanvarın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək poeziya axşamına şairin ailə üzvləri, o cümlədən qızı çağırılmayıb. Bununla bağlı saytımıza ailəyə yaxın qohum məlumat verib. Bildirilib ki, gecədə Əliağa Vahidin sözlərinə yazılmış musiqi əsərləri […]

manset Siyasət

Maduro Azərbaycandan niyə incik idi: 4 il öncə Prezident Əliyev Bakıda onunla niyə görüşmədi?

Hazırda dünya xəbər mexanizminin bir nömrəli mövzularından biri Venesuela prezidenti Nikolas Maduro ilə bağlıdır. ABŞ xüsusi təyinatlılarının keçirdiyi xüsusi əməliyyat, Maduronun saxlanılması, ABŞ-a aparılması və bu gün Nyu-York federal məhkəməsi qarşısına çıxarılması beynəlxalq medianın əsas gündəmini təşkil edir. Qlobal informasiya axını demək olar ki, bir nöqtəyə fokuslanıb: Maduro faktoru. Məhz bu səbəbdən xeberde.az  Nikolas Maduro ilə […]

İqtisadiyyat manset

“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” – MÜHÜM açıqlama

Dünyanın əsas neft istehsalçılarından biri olan Venesuelada baş verən son siyasi və iqtisadi proseslər qlobal neft bazarında qeyri-müəyyənliyi artırır. Neft hasilatı və ixracında yaranan risklər dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu proseslərdən neft ixracatçısı olan Azərbaycan da kənarda qalmır. Qlobal təklif-tələb balansındakı dəyişikliklər, qiymət dalğalanmaları və geosiyasi risklər ölkəmizin neft gəlirləri, ixrac imkanları […]

manset Ölkə

Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. xeberde.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 […]

manset Siyasət

Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir? – kritik gözlənti

Xəbər verdiyimiz kimi , rusiyalı politoloq Sergey Markedonov özünün “Donskoy Kavkaz” Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlillə çıxış edib. Markedonova görə, Ukrayna münaqişəsi fonunda bütövlükdə Qafqazın, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azalıb. “Ermənistanda parlament seçkiləri gələn ilin ən mürəkkəb tapmacalarından biridir. Siyasi stratiqrafiya çox mürəkkəbdir. Nəqliyyat və […]