İqtisadiyyat manset

Azərbaycan buğda idxalını artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 759 min 945 ton buğda idxal edilib. xeberde.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 163 milyon 501 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 180 019 ton (31 %), dəyər baxımından isə 35 milyon 140 min ABŞ dolları (27,3 %) çoxdur. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın […]

İqtisadiyyat manset

Maaş kartları ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

Hazırda dövlət, özəl müəssələrdə şirkətlər əməkdaşları üçün müəyyən bank hesabları açır. Bu isə işçilərə bank seçimi hüququ vermir. Yaxın zamanlarda ölkədə əməkhaqqı sistemində bir sıra yeniliklər gözlənilir. “Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər”. Bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə […]

Cəmiyyət Gündəm İqtisadiyyat manset

Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər

Pakistanın Milli Elm və Texnologiya Universitetinin “Executive MBA” proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər. Tədbirin ilk hissəsində “Veysəloğlu-Distribusiya” şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və “Ulduz” şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər […]

İqtisadiyyat

Elektrik avtobusları idxal rüsumdan azad edildi

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb Oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları […]

İqtisadiyyat manset

Azərbaycandan xaricə qurbağa ayağı satır – SƏBƏB

Cari ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulları baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixrac edilib. Agentlikdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd, Birləşmiş Ərəb Əmirliklərinə isə 1.158.460 ədəd ərzaqlıq yumurta ixrac olunub. Bundan əlavə, İtaliya və […]

İqtisadiyyat

“Azpulmat”a borcu olanlara “məhkəmə” təzyiqi: “Gənc qadınlardan istifadə olunur” – İDDİA

Son günlər bəzi vətəndaşlara özlərini “Məhkəməyə hazırlıq şöbəsinin” əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən zənglərin edilməsi narazılıq yaradıb. Sosial şəbəkədə yayılan iddialara görə, həmin şəxslər, əsasən, gənc qadınlar olur və onlar “Azpulmat” adlı kredit təşkilatına borcu olan şəxslərlə əlaqə saxlayaraq, borcun bir gün ərzində ödənilmədiyi təqdirdə işin məhkəməyə veriləcəyi ilə hədələyirlər. Məhkəməyə verildikdə isə icra […]

İqtisadiyyat

2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı

Gümüş 1 sentyabr bazar ertəsi günü son 14 ildə ilk dəfə unsiyası 40 dollardan yuxarı qiymətləndirilib. Qiymətlərdəki sıçrayış ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda baş verib və bu, investorların qiymətli metallara marağını gücləndirib. xeberde.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, gümüşün spot qiyməti 1,4 faiz artaraq 40,29 dollar/unsiyaya yüksəlib. […]

İqtisadiyyat

Azərbaycan bu ölkədən 54 manata balıq piyi alıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 1,14 ton balıq piyi, yağı və onların fraksiyaları idxal edilib. xeberde.az xəbər verir ki, bu məhsulların idxalı üçün ümumilikdə 35,08 min ABŞ dolları vəsait sərf olunub.Hesabat dövründə ABŞ-dən Azərbaycana 0,13 ton balıq piyi, yağı və fraksiyaları gətirilib. Bu idxalın dəyəri 3,86 min ABŞ dolları təşkil edib. Hesablamalara görə, məhsulun hər […]

İqtisadiyyat

“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23–24 avqust tarixlərində Şuşa şəhərində “timbildinq” formatında genişmiqyaslı tədbir keçirib. “Dəyərlərimizin izi ilə” adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub. […]