Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla […]
İqtisadiyyat
Prezidentdən sərəncam: Onların maaşları artırıldı
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib. Sərəncan 2025-ci il avqustun 1-dən tətbiq edilir.
Azərbaycanda “Bayraktar” istehsalına start verildi – Sumqayıtda nəhəng addım
Azərbaycanda hərbi-sənaye sahəsində mühüm hadisə baş verib. xeberde.az xəbər verir ki, Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəmə müəssisəsi olan “Bayraktar Teknoloji Azərbaycan” MMC ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb. Müəssisə bu ilin may ayında rezidenti olduğu Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir. Hazırda istehsal edilən məhsullar yalnız daxili bazara yönəldilib. Bu addım Azərbaycanın müdafiə qabiliyyətinin […]
Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib
16–21 sentyabr 2025-ci il tarixlərində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu Distribusiya beynəlxalq təcrübə mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirərək, Çinin paytaxtı Pekində keçirilən SPAR Supply Chain Conference-da iştirak edib. Tədbirdə 36 ölkədən 144 nümayəndə bir araya gələrək tədarük zəncirinin idarə olunması, anbar və nəqliyyat əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyində süni intellekt əsaslı texnologiyalar, robotlaşdırma […]
Azərbaycanda geniş mənada pul kütləsi 6% artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 766,9 milyon manat təşkil edib. xeberde.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 %, ilin əvvəli ilə müqayisədə 2,7 %, ötən il sentyabrın 1-nə nisbətən 6,1 % çoxdur. O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 806,2 […]
Banklar ən çox bu bizneslərə kredit verir – SİYAHI
Cari ilin avqustun 31-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 28 milyard 704 milyon manat olub. xeberde.az Valyuta.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına əsasən, biznes kreditlərinin həcmi 15 milyard 91 milyon manat olub. İstehlak kreditlərinin həcmi 9 milyard 114 milyon manat, ipoteka kreditləri isə 4 milyard 498 milyon manat təşkil […]
“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi innovasiyanın və startapların inkişafına dəstək məqsədilə “SİD” (Startap, İnnovasiya və Dəstək) layihəsini təqdim edir. Bu layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramıdır və daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. “SİD” layihəsi ideyaların ilkin mərhələdə dəstəklənərək böyüdülməsini özündə əks etdirir. Layihə “Sənin İdeyan Dəstəklənir” şüarı ilə […]
Baş nazir yeni QƏRAR İMZALADI
Nazirlər Kabineti 7 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” qərarında dəyişiklik edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, […]
Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə saziş imzalanıb
Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. “APA-Economics” xəbər verir ki, əməkdaşlıq sazişi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə Əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin […]
Bu tarixdən bazarlara vergi nəzarəti gücləndirilir
Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. xeberde.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. […]










