İqtisadiyyat

Neft Fondunun pul yatırdığı şirkətlər – SİYAHI

2025-ci ilin 9 ayında Dövlət Neft Fondunun səhmlər alt portfeli üzrə aktivlərin həcmi yenidən təsnifləşdirmələr, xalis pul çıxışı və müsbət investisiya gəlirləri fonunda 18,119 milyard ABŞ dollarına yüksəlib, portfel üzrə gəlirlilik göstəriciləri əsasən bençmarkla uyğun formalaşıb. Bu barədə xeberde.az-a Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, bu portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə […]

İqtisadiyyat manset

Ermənistan pomidoru, bibəri və qızılgülləri Azərbaycana gələ bilər

Ermənistanla Azərbaycan arasında ticarət təmasları çərçivəsində Ermənistan istehsalı olan bir sıra məhsulların Azərbaycan bazarına ixracı müzakirə olunur. xeberde.az xəbər verir ki, danışıqlarda ixrac siyahısına alüminium folqa və onun xammalı, ferromolibden, tütün və tekstil məhsulları, həmçinin kənd təsərrüfatı məhsulları – pomidor və bibər, eləcə də çiçəklər, xüsusilə qızılgüllər daxil edilib. Məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevoq […]

İqtisadiyyat manset

Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib

Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib. Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır. Layihə çərçivəsində keçirilən növbəti […]

AKTUAL İqtisadiyyat manset

İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS

Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən […]

İqtisadiyyat manset

“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” – MÜHÜM açıqlama

Dünyanın əsas neft istehsalçılarından biri olan Venesuelada baş verən son siyasi və iqtisadi proseslər qlobal neft bazarında qeyri-müəyyənliyi artırır. Neft hasilatı və ixracında yaranan risklər dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu proseslərdən neft ixracatçısı olan Azərbaycan da kənarda qalmır. Qlobal təklif-tələb balansındakı dəyişikliklər, qiymət dalğalanmaları və geosiyasi risklər ölkəmizin neft gəlirləri, ixrac imkanları […]

İqtisadiyyat manset

Yeni dövlət qurumu yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. xeberde.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli […]

İqtisadiyyat

Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi-FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu Bakıda yerləşən “Elite Events Hall” məkanında əməkdaşları ilə birlikdə korporativ Yeni İl bayramını qeyd edib. Şirkətlər Qrupunun rəhbər heyəti də daxil olmaqla 1200-dən artıq əməkdaş gecəyə qatılıb və birlikdə bayram əhval-ruhiyyəsi yaşayıblar. Rəsmi açılış və salamlama ilə başlayan gecədə Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov əməkdaşları Yeni İl […]

İqtisadiyyat manset

Gələn ildən özəl sektorda çalışanlardan bu qədər vergi tutulacaq

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb Qanuna əsasən, 2026-cı ildə aylıq […]

İqtisadiyyat manset

Azərbaycanda 10 bank bayramda işləməyəcək – SİYAHI

Azərbaycanda 31 dekabr – 4 yanvar tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan 10-u fəaliyyət göstərməyəcək. xeberde.az xəbər verir ki, həmin banklar “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank VTB Azərbaycan”, “Expressbank”, “Rabitəbank”, “Bank BTB”, “Premium Bank”, “Bank Avrasiya”, “Unibank” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Qalan 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank […]

İqtisadiyyat manset

Gələn il büdcəmiz bu qədər olacaq – Prezident TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət büdcəsində 3 […]