Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbaxça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb. Xeberde.az “NTV Spor”a istinadən xəbər verir ki, qarşılaşma aprelin 2-də təşkil olunacaq. “Fənərbaxça”nın stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Xeberde.az
İdman
“Ən yaxşı oyunumuzu keçirdik” – Vitali Borisov
Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstana uduzduqları görüş (2:3) haqqında danışıb. Xeberde.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında komandasının oyunundan razı qaldığını deyib: “Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə […]
Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək. Xeberde.az “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq. “Barselona” evdə “Benfika”nı, “Liverpul” PSJ-ni qəbul edəcək. “Feyenoord” səfərdə “İnter”in, “Bavariya” isə “Bayer 04”ün qonağı olacaq. UEFA Çempionlar Liqası 1/8 final, cavab görüşləri 11 mart 21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) […]
Orucluqda idman edənlər, diqqətli olun!
Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla məşğul olanlar az deyil. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər. Xeberde.az xəbər verir ki, oruc tutarkən tez-tez idman etmək qan şəkərinin aşağı düşməsinə, suyun və duzun itirilməsinə səbəb olur. Orucluykən davamlı idman etmək enerjinizi azalda bilər ki, bu da iş və ya gündəlik həyatınızda məhsuldarlığınızın […]
“Neftçi” rəsmisi Emin Mahmudova xatirə hədiyyəsi bağışlayıb
Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməklə “Neftçi”nin heyətində rekorda imza atan Emin Mahmudova xatirə hədiyyəsi verilib. Xeberde.az xəbər verir ki, hədiyyəni milli üzvünə “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer təqdim edib. Xatirə hədiyyəsi 32 yaşlı yarımmüdafiəçiyə Misli Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan öncə bağışlanıb. Xeberde.az





