Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “İmişli”nin sabiq baş məşqçisi Fərid Namazovun yeni iş yeri müəyyənləşib. xeberde.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı çalışdırıcı “Şamaxı”ya keçib. Namazov bölgə klubunun əvəzedici komandasını çalışdıracaq. O, bu postda Məqsəd Yaqubəliyevi əvəz edəcək. Onun köməkçiləri də bəllidir. Ötən mövsüm “Səbail-2″də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərov Namazova kömək edəcəklər. […]
İdman
Tofiq Musayev yenə UFC-də döyüşəcək – tarix açıqlandı
Bakıda keçirilən “UFC Fight Night” turnirində iştirak edən döyüşçümüz növbəti döyüşünə çıxacaq. xeberde.az xəbər verir ki, bunu açıqlamasında Tofiq Musayev özü bildirib. Belə ki, döyüşçümüz oktyabrın 5-də Las-Veqasda keçiriləcək UFC turnirində iştirak edəcək. Qeyd edək ki, Tofiq Musayev UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.
Avarçəkənimiz Avropa üçüncüsü oldu
Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib. xeberde.az xəbər verir ki, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub. Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana […]
“Kəpəz” daha üç futbolçu ilə VİDALAŞDI
“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb. Klubdan xeberde.az-a verilən məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər. Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, “Kəpəz”də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. […]
Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi təyin olundu
“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub. xeberde.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub. Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi.
Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatına üzv seçilib. Bu barədə federasiyadan xeberde.az-a məlumat verilib. Qeyd edək ki, Senat FIA-nın ali idarəetmə orqanıdır. FIA-nın maliyyə və kommersiya məsələlərinə, eləcə də ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı […]
Güləşçimiz Avropa çempionatının finalında
Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib. xeberde.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub. Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 […]
Futbol hakimi oyun zamanı HƏBS EDİLDİ
Braziliyada bir oyun zamanı futbol hakimi həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb. Hadisə Vila Ligia rayonundakı Avenda Artur Paisão stadionunda baş verib. Baş hakim Ederson Karlos da Silva matçın ortasında silahlı və gülləkeçirməz jiletlə meydançaya qaçan polis əməkdaşları tərəfindən həbs edilib. Müstəntiqlərin fikrincə, da Silva bütün San-Paulu şəhərində kokain paylayan […]
Ronaldu QƏRARINI VERDİ – Müqavilə imzalanır
“Qızıl top” mükafatının beşqat sahibi, Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldunun növbəti mövsümə hansı klubda başlayacağı müəyyənləşib. xeberde.az Offsideplus.az-a istinadən xəbər verir ki, 40 yaşlı ulduz Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında qalmağı qətiləşdirib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Hazırda sənədlər yoxlanılır və müqaviləyə hazırlanılır. Ronaldu iyunun 30-da başa çatacaq razılaşmanın müddətini 1 illiyə uzadacaq. […]
Gözü görməyən paralimpiyaçımız haqda açıqlama: SAĞALIB
“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır”. Bu sözləri xeberde.az-a açıqlamasında açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Cüdoçu qeyd edib ki, fiziki məhdudiyyətli idmançıların paralimpiya yarışlarında iştirakı üçün il öncə həkim müayinəsi […]










