İdman

Azərbaycan futboluna AĞIR İTKİ – FOTO

Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə AFFA-nın məlumatında bildirilib. AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.  Allah rəhmət eləsin.

Cəmiyyət Gündəm İdman Ölkə Sosial

Prezident və nəvələri idman zalında – FOTOLAR

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb. xeberde.az xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – deyə o, paylaşıma qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.

İdman

Qurban Qurbanov hesabat konfransına qatılmadı

“Qarabağ”ın və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. Təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil. Qeyd edək ki, bu, ilk belə hal deyil. Qurban Qurbanov ötən günlərdə AFFA-nın Tovuzda keçirdiyi akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı.

İdman

Mənə bu barədə suallar verməyin – Qurbanov

“Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. xeberde.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – “Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə […]

İdman

“Qəbələ” yenidən Premyer Liqaya yüksəldi

Bu gün Birinci Liqada XX tura yekun vurulub. xeberde.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub. “Baku Sportinq” Binə qəsəbə stadionunda “Qəbələ”ni qonaq edib. “Qırmızı-qaralar” darmadağınla qalib gələrək, Premyer Liqaya vəsiqəni təmin ediblər. “İmişli” isə Şamaxı OİK stadionunda MOİK-i qəbul edib. Meydan sahibləri qələbəyə seviniblər. Qeyd edək ki, hər iki qarşılaşma saat […]

İdman

UEFA “Real”ın futbolçularını cəzalandırdı

“Real”ın futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniyel Sebalyos cəzalandırılıb. xeberde.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Buna səbəb onların Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya qarşı cavab oyununda qeyri-etik davranışları olub. Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Həmçinin, hər iki futbolçuya UEFA turnirlərində bir oyunluq şərti diskvalifikasiya […]

İdman

Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək

Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Gimnastlar turnirdə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını göstərəcəklər. Ən çox icra xalını toplayan gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq. Qeyd edək ki, yarış aprelin 18-20-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman

İstanbul derbisinin vaxtı açıqlandı

Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbaxça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb. Xeberde.az  “NTV Spor”a istinadən xəbər verir ki, qarşılaşma aprelin 2-də təşkil olunacaq. “Fənərbaxça”nın stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Xeberde.az

İdman

“Ən yaxşı oyunumuzu keçirdik” – Vitali Borisov

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstana uduzduqları görüş (2:3) haqqında danışıb. Xeberde.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında komandasının oyunundan razı qaldığını deyib: “Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə […]