Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar […]
Hadisə
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapıldı
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapılıb. Hadisə paytaxtın Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olması müəyyən edilib. Araşdırmalar aparılır./Lent.az
Bakıda DƏHŞƏT- Qadın evində BOĞULDU
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Hadisə Sabunçu rayonu, Muxtarov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakin i, 1963-cü il təvəllüdlü Şamama Gəncalı qızı Məstalıyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yürüş Mehrəlibəyli həbs edildi
Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb. Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb. Heç bir rəsmi dövlət qurumu hələlik milli fəalın həbsinin məsuliyyətini üzərinə götürməyib. Onun harada saxlanıldığı və həbs səbəbi barədə də məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, Yürüş Mehrəlibəyli İranda baş […]
Türkiyədə zəlzələ oldu
Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib. 3,5 bal gücündə olan yeraltı təkan yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Zəlzələnin episentri Bingöl vilayətinin Yedisu rayonunda yerləşib. Mütəxəssislərin açıqlamasına əsasən, yeraltı təkan 6,9 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb./Milli.az/
Moskvada ən böyük bazarlardan biri yanır
Moskvadakı Sergiyev Posad bazarında güclü yanğın başlayıb. xeberde.az Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Max messenger tətbiqində verdiyi məlumata görə, yanğın 3000 kvadrat metr sahəni əhatə edir: “Sergiyev Posadda 1-ci Rıbnaya küçəsindəki bazardakı pərakəndə satış pavilyonları yanır. Yanğın 3000 kvadrat metr sahəni əhatə edib. Yüksək […]
Bakıda ağaclıq sahədə yanğın baş verib – Video
Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verib. “xeberde.az” xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan […]
Binəqədidə yanğın – 1 nəfərin yanmış meyiti tapıldı
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. xeberde.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti […]
Eks-baş prokuror iş adamının ölümünə görə həbs ediləcək
Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladzeyə “qanuni oğru” Merab Suxumskinin qardaşı, iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham irəli sürülüb. xeberde.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Levan Canqveladzenin qətli tam açılıb. İstintaq işin bütün hallarını müəyyən edib və əsas təşkilatçını müəyyən edib. […]
Regionlarda mənşəyi məlum olmayan araqlar satışa çıxarılıb – XƏBƏRDARLIQ
Bəzi istehsalçılar regionlarda maya dəyərindən aşağı, mənşəyi məlum olmayan araq (vodka) məhsulları satışa çıxarırlar. xeberde.az xəbər verir ki, bu barədə “Azad İstehlakçılar”İctimayi Birliyi (AİİB) tərəfindən verilən açıqlamada deyilir. Təşkilat qeyd edir ki, 2026-cı ildən 1 litrlik araq üçün vergi yükü orta hesabla 6,20–6,50 manat təşkil edir və istehsalçıların minimum satış qiyməti təxminən 14 manat olmalıdırsa, bu […]










