Hadisə

Arzum apellyasiya şikayəti verdi: “Narazıyıq”

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə və qəza yerini tərk etməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinə müraciət edib. Bu barədə xeberde.az-a tiktokerin vəkili Hikmət Əliyev məlumat verib. O bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazıdırlar. “Apellyasiya şikayətimizi vermişik. Təxminən 20 gün sonra məhkəmə iclasının keçirilməsi gözlənilir. Bu hadisə geniş […]

Hadisə

Gecə 3-də meyiti tapıldı

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb. Hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib. Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.

Hadisə

Bakıda qanunsuz ağac kəsilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. Xidmətdən xeberde.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif […]

Hadisə

Coratda dənizdə 2 nəfər batdı: biri xilas edildi, qadın həlak oldu 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindinin məlumatında bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. […]

Hadisə

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı

Bakıda qayınata gəlininə xəsarət yetirib. Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında qeydə alınıb. İttiham aktına görə, 65 yaşlı Hacımurad Əliyev (ad və soyad şərtidir) 9-cu sinif buraxılışından 130 bal yığan nəvəsinə irad bildirib. Bu zaman onun gəlini kobud cavab qaytarıb və qayınata ilə gəlin arasında mübahisə yaranıb. Mübahisə zamanı Hacımurad Əliyev stəkanı götürərək, gəlininə […]

Dünya Hadisə

Dünyaca məşhur otel külə döndü: ÖLƏN VAR

Dominikan Respublikasında yerləşən lüks istirahət mərkəzində baş verən güclü yanğın nəticəsində bir turist həyatını itirib, təxminən 1700 nəfər təxliyə olunub. xeberde.az xəbər verir ki, hadisə ölkənin məşhur turizm bölgələrindən biri olan Bayahibedə yerləşən Viva Dominicus Beach Resort kompleksində qeydə alınıb. Məlumata görə, yanğın hotelin bir hissəsini tamamilə yararsız vəziyyətə salıb. Rəsmilər bildiriblər ki, həlak olan […]

Hadisə

Bakıda kişi telefona çox baxan arvadını döydü

Bakıda kişi arvadını döyüb. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Səlim əl və ayaq zərbələri ilə […]

Hadisə

Blogerin bacısının orqanları 6 nəfərə həyat verdi

Bloger Nərmin Əliyevanın (“Narmiw.Niko”) bacısı Məryəm Məmmədova dəfn olunub. xeberde.az xəbər verir ki, Nərmin Əliyeva sosial şəbəkə hesabında bacısı ilə bağlı duyğusal paylaşım edib. O bildirib ki, Məryəm sağlığında olduğu kimi, vəfatından sonra da insanlara kömək etməyə davam edib: “Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını […]

Hadisə

TƏCİLİ: Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub. xeberde.az xəbər verir ki, yeraltı təkan bir neçə rayonda hiss edilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub. Qəbələ stansiyasından 11 km cənub-qərbdə […]