Həkim-reanimatoloq-anestezioloq Fətəli Fətəliyev dünyasını dəyişib. xeberde.az xəbər verir ki, həkim ötən gün 64 yaşında xəstəlik səbəbindən vəfat edib. Qeyd edək ki, F.Fətəliyev 1991-2008-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında, 2008-ci ildən etibarən isə Kliniki Tibbi Mərkəzdə həkim-reanimatoloq-anestezioloq kimi fəaliyyət göstərib.
Hadisə
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı – İkisi də “kars”a salınıb
Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov “kars”a salınıb. xeberde.az savashmedia.az-a isinadən xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb. Bildirilib ki, S.İbrahimov müəssisədə nizam-intizam qaydalarını pozması səbəbindən cəzalandırılıb. Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl Sahib İbrahimov həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı da aqressiv […]
Qəbiristanlıqda ŞOK OLAY: Cəsədi məzardan çıxardılar
Türkiyənin Muş vilayətinin Varto rayonunda baş verən hadisə böyük rezonans doğurub. xeberde.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərhumun yaxınları dəfn zamanı məzarın içərisinin su ilə dolu olmasına baxmayaraq, basdırılmanın həyata keçirildiyini iddia ediblər. Ailə üzvlərinin sözlərinə görə, məzardakı su yaxınlıqdakı boş qəbirdən sızıb. Onlar dəfnin lazımi şərait yaradılmadan aparıldığını bildirərək bələdiyyə qurumlarına etiraz ediblər. Hadisədən […]
Azərbaycanda məşhur həkimin evi yanaraq külə DÖNDÜ
Xaçmaz rayonunun Köhnə Xudat kəndində bu gün səhər saatlarında fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Ev sahibi Qədir Hüseynov bildirib ki, hadisə səhər saat 07:00 radələrində qısaqapanma nəticəsində baş verib. Onun sözlərinə görə, yanğın nəticəsində evdəki bütün əşyalar yanaraq yararsız hala düşüb. Elektrik və məişət avadanlıqları da tamamilə sıradan çıxıb. Qədir Hüseynov deyib, baş […]
Parkda gəzərkən xəzinə tapdı
ABŞ-da parkda gəzintiyə çıxan bir şəxs təsadüfən tarixi dəyəri olan xəzinə tapıb. xeberde.az xəbər verir ki, hadisə Kaliforniya ştatındakı bir parkda baş verib. Şəxs torpaq altında gizlədilmiş köhnə metal qutu aşkar edib və içərisindən çox sayda qızıl sikkə çıxıb. Məlumata görə, tapılan xəzinənin XIX əsrə aid olduğu düşünülür. Ekspertlər sikkələrin uzun illər əvvəl gizlədildiyini və […]
Altı mindən çox bioloji aktiv qida məhsulu yandırıldı – FOTO
Fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm” MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji […]
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi
Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub. Rzayevanın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad […]
TƏCİLİ: Azərbaycanda DƏHŞƏTLİ YANĞIN BAŞLADI
Gəncədə yanğın olub. Hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib. Sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, bina sakinləri təxliyə edilib. Yanğın […]
SON DƏQİQƏ: Səidə Bəkirqızı qəzaya düşdü – VİDEO
Aparıcı Səidə Bəkirqızı qəzaya düşüb. xeberde.az xəbər verir ki, aparıcının idarə etdiyi avtomobil qəfil qarşısına çıxan BYD markalı maşınla toqquşub. Hadisə Sumqayıtda baş verib. Qəzada xəsarət alan olmayıb.
İcra başçısı vədi verilmişdi: sayt rəhbərinin adı sensasion qalmaqalda
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun məhkəməsində mayın 25-i hökm oxunacağı gözlənilir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda vəkillər yekun çıxış ediblər. Proses kifayət qədər uzun müddət davam etdiyindən sədrlik edən hakim Fəxri Məmmədov təqsirləndirilən şəxslərə zərərçəkmişlə barışıq etmək üçün son […]










