Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir. xeberde.az xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına […]
Hadisə
Perinatal Mərkəzin sabiq direktoru məhkəmə zalında HƏBS OLUNDU
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə oxunub. M.Abasquliyeva məhkəmə zalında həbs olunub. Xatırladaq ki, ötən proseslərin birində dövlət […]
Sərhəddə 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub
Ötən ay dövlət sərhədində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub. Bu barədə xeberde.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəddə о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.
Yasamalda 7 velosiped oğurlayan qardaşlar saxlanıldı
Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb. XEBERDE.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.
66 yaşlı ağsaqqal Azərbaycanı dünyada biabır etdi: qadın turistin sinəsinə əl atdı – RƏZALƏT
Hacıqabul rayonunda xarici turist qadına qarşı seksual davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin görüntülərinin yayılmasından sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görülüb. xeberde.az xəbər verir ki, Almaniyalı turist Karl və onun yapon sevgilisi Lisa velosipedlə dünya səyahəti çərçivəsində Azərbaycan ərazisindən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşıblar. Sosial […]
Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı
Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb. Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb. Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar. Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik […]
Paytaxtın bu ərazisində DİQQƏTLİ OLUN – Yol çökür – FOTO
Bakının mərkəzi küçələrindən birində yol çökür. xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtın Bəsti Bağırova küçəsində, “Uşaq Filarmoniyası”nın qarşısında asfalt örtüyünün çökməsi əks olunub. Yolun bu vəziyyəti həm avtomobillər üçün təhlükə yaradır, həm də tıxac riskini artırır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərilib.
Bakıda ər-arvad öldürüldü
Bakıda ər-arvad qətlə yetirilib. xeberde.az xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb. Fakt araşdırılır. İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib. /Apa
Azərbaycanın tanınmış idmançısı vəfat etdi – FOTO
Tanınmış idmançı, “Lider” idman klubunun sahibi İlham Sərdarov vəfat edib. xeberde.az xəbər verir ki, o, idman etdikdən sonra dünyasını dəyişib. 55 yaşlı idmançının ürəktutmadan öldüyü bildirilir.
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. xeberde.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Məlumatı sabiq icra başçısının […]










