Dünya Gündəm

“Bizi sağmağı dayandırın!” – Latviyalılardan “Bolt”a qarşı etiraz

Bazar ertəsi Latviyanın paytaxtı Riqada bir neçə yüz taksi sürücüsü “Bolt” şirkətinin siyasətinə qarşı etiraz aksiyası keçirir. xeberde.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Aksiya iştirakçıları avtomobillərini Latviya bayraqları və “Biz qul deyilik”, “Bolt”suz 24 saat”, “Bizsiz bacarmazsınız”, “Bizi sağmağı dayandırın!” şüarları yazılmış plakatlarla bəzəyiblər. Bəzi maşınların üzərinə şirkətin üzərindən xətt çəkilmiş loqosu da […]

Cəmiyyət Gündəm

TƏBİB-ə yeni mətbuat katibi təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib. O bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova […]

Gündəm

MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. xeberde.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və […]

Gündəm Siyasət

Prezident provaslavları təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai […]

Cəmiyyət Gündəm

Övladının dəfnində “TikTok”da canlı yayım açan atanın uşaqları əlindən alındı – FOTO

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xeberde.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır: “Dövlət komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti […]

Cəmiyyət Gündəm manset Sosial

Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş– Görün nələr edib

Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb.  Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. […]

Cəmiyyət Gündəm İqtisadiyyat manset

“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir

2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb. Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 […]

AKTUAL Cəmiyyət Gündəm manset

Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir… – SİYAHI

Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir. İllərlə formalaşmış məmur eşalonu […]

Gündəm manset

Prezident Milli Aviasiya Akademiyasında açılışda – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]

Cəmiyyət Gündəm

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb.  xeberde.Az-ın məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi.  Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından […]