İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək. xeberde.az-ın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi. Qeyd edək ki, müştərək maliyyələşmə […]
Gündəm
Eldar Əzizovun növbəti təmizə çıxma cəhdi: bütün günahlar icra başçılarında…
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Lakin paytaxtda aylardır yığılıb qalan kommunal və infrastruktur problemləri fonunda bu toplantı daha çox gecikmiş reaksiya təsiri bağışlayır. Küçələrdə su basqınları, işləməyən kanalizasiya xətləri, həllini tapmayan yol məsələləri ortada olduğu halda, məsuliyyətin indi xatırlanması suallar doğurur. […]
Diaspor rəhbərinə 23 il tələbinə Bakıda etiraz
Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlınskinin 23 il müddətinə həbsini tələb edib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Şıxlınski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların 13, […]
Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA
Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur. xeberde.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla “SAF Hospital”ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent […]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə xeberde.az-a AGF-dən məlumat verilib. Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, […]
Saleh Məmmədovun komandası yoxlanılır – Həbslər gözlənilir
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər. xeberde.az xəbər […]
TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib. xeberde.az xəbər verir ki, manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib: “Hələki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə […]
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. xeberde.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Azərbaycanda 3 məşhur general vəzifəsindən azad edilib – FOTO
Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb. xeberde.az-ın məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət […]










