Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır. xeberde.az xəbər verir ki, gəlin H.Pənahova isə yeni iddialarla […]
Gündəm
Adnan Əhmədzadə: neft kralı indi Bakıda hansı həbsxanada saxlanılır – nə yeyir, nə içir, necə yaşayır? – EKSKLÜZİV MƏLUMATLAR
İki gün öncəyə qədər ən yüksək həyat tərzi, oliqarx dəbdəbəsi ilə yaşayan Adnan Əhmədzadə indi Bakıda həbsxanadadır. xeberde.az xəbər verir ki, onun barəsində cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti apardığına görə, Əhmədzadənin istintaq müddətində saxlanma yeri də ölkənin ən etibarlı müəssisəsi sayılan DTX təcridxanasıdır. Xatırladaq ki, hazırda məhkəməsi aparılan erməni separatçıları və qondarma rejimin rəhbərləri də həmin […]
Adnan Əhmədzadənin həbsinin səbəbləri: onun arxasında kimlər dayanır – ARAŞDIRMA
SOCAR-ın İnvestisiya Departamentinin sabiq direktor müavini Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi ölkə ictimaiyyətində böyük rezonans doğurub. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın ilkin mərhələsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. İlkin məlumata görə, Adnan Əhmədzadəyə iki əsas ittiham irəli sürülüb: xüsusilə külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı […]
Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür. xeberde.az xatırladır ki, 2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan […]
İki il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyatlara başlayıb
Düz iki il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb. xeberde.az xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə […]
Xətlənmə yoxdur amma cərimə yazılır – Sürücülər şikayətçidir – VİDEO
Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində “Azparkinq” tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub. xeberde.az xəbər verir ki, “8-ci kilometr bazarı”nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib. Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq […]
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb. Bu barədə xeberde.az-a Ali Məhkəmədən məlumat verilib. Bu gün Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik […]
İlham Əliyevlə Nəhyan Şuşa məscidindəki tikinti ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xeberde.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham […]
Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının rəhbərliyində dəyişiklik
2025-ci il 8 sentyabr tarixində, Azərbaycanda ov və təbiət turizmi sahəsində fəaliyyət göstərən ictimai təşkilatları və çoxsaylı üzvləri özündə birləşdirən Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının növbəti hesabat seçki yığıncağı keçirilib. Xeberde.az 1xeber.media istinadən xəbər verir ki,toplantı zamanı son iki il ərzində Assosiasiyanın gördüyü işlər, həyata keçirilmiş fəaliyyətlər və üzvlərin çıxışları dinlənilmiş, İctimai Birliyə yeni rəhbər […]
Valideynlər direktoru məhkəməyə verdi: “Bizimlə prinsipə düşüb”
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib. “Valideynlər adından yazılı müraciət etmişik, […]










