Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. xeberde.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Gündəm
Azərbaycanda 3 məşhur general vəzifəsindən azad edilib – FOTO
Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb. xeberde.az-ın məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət […]
Hər kəs bildiyi qiyməti dövlət üçün müəyyən edə bilməz – Siyavuş Novruzov
Bu gün elə torpaq sahələri var ki, onların dövlət ehtiyacları üçün istifadəyə cəlb olunması zəruridir. Bu baxımdan hesab edirəm ki, həmin ərazilərlə bağlı məsələlər üzrə qanunvericilik bazasının vaxtında və çevik şəkildə formalaşdırılması son dərəcə vacibdir. Təbii ki, mülkiyyət müqəddəsdir, lakin dövlət maraqları bundan da üstündür. xeberde.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional […]
Leysan Məmmədov Gülbahar Eyvazovanın qızını işdən çıxardı
Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub. xeberde.az-ın məlumatına görə, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla […]
Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub – SİYAHI
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. xeberde.az xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, “müdafiə naziri” Levon Mnatsakanyana, “parlamentin sədri” Davit İşxanyana, “xarici işlər naziri” David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib. Qarabağdakı keçmiş qondarma rejimin […]
“Epşteyn sənədləri”ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI – FOTOLAR
Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir. Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir. xeberde.az xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara […]
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki növbəti mühüm beynəlxalq uğura imza atıb. Belə ki, müəssisə KOSHER sertifikatı əldə edib. Bu sertifikat “Ulduz” Şokolad Fabrikində istehsal olunan məhsulların beynəlxalq KOSHER tələblərinə tam uyğunluğunu təsdiqləməklə yanaşı, şirkətdə formalaşmış yüksək keyfiyyət və qida təhlükəsizliyi standartlarının bariz göstəricisidir. KOSHER sertifikatının əldə olunması olduqca çətin və çoxmərhələli bir […]
Dünyanı bir-birinə qatan Epşteyn kimdir? – DOSYE
ABŞ-də son günlər gündəm olduqca qarışıb. Buna səbəb 2019-cü ildə federal həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham edilən Cefri Epşteyn ilə bağlı yayılan istintaq məlumatlarıdır. Cefri Epşteynlə bağlı başladılan istintaqla əlaqədar yayılan fotolar, sənədlərdə adı keçən siyasilər məsələnin daha qlobal xarakter daşıdığını göstərir. Bu səbəbdəndir ki, son günlər dünya mediasının diqqət mərkəzində məhz Epşteyn dosyesi dayanır. […]
Bu taksilərin Bakıya girişinə QADAĞA QOYULUR – Önəmli AÇIQLAMA
“Bakının qeydiyyatında olan taksi Sumqayıt şəhərinə sərnişin apara biləcək, amma oradan sərnişin götürə bilməyəcək. Eyni qaydada Sumqayıt qeydiyyatında olan taksi Bakıya müştəri gətirə biləcək, lakin geri dönərkən sərnişin götürə bilməyəcək”. Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə verilməsindən danışarkən deyib. O bildirib ki, bu […]










