AKTUAL Cəmiyyət Gündəm manset

Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir… – SİYAHI

Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir. İllərlə formalaşmış məmur eşalonu […]

Gündəm manset

Prezident Milli Aviasiya Akademiyasında açılışda – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]

Cəmiyyət Gündəm

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb.  xeberde.Az-ın məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi.  Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından […]

Gündəm manset Siyasət

İlham Əliyev Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib. xeberde.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

Dünya Gündəm

İran internet kəsintisinə görə dünya rekordu qırır

İranda bir aydan çoxdur davam edən internet kəsilməsi, tarixdə ən uzun müddət davam edən internet kəsilməsi olub. “xeberde.az” xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb. İranda internet kəsintisi artıq ardıcıl 37 gündən (864 saat) çoxdur davam edir. Bildirilib ki, bu kəsinti müddəti və miqyası baxımından dünya üzrə bütün oxşar hadisələri üstələyir. Qeyd edilir ki, əvvəllər bəzi […]

Gündəm Hərbi

TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026″ birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bu barədə xeberde.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” […]

AKTUAL Gündəm

Yeni epidemiya gəlir – Gizli yayılır

Son aylarda dünyada COVID-19-un yeni variantları ilə bağlı müzakirələr yenidən intensivləşib. Xüsusilə “Cicada” adı ilə tanınan BA.3.2 altvariantı səhiyyə qurumlarının diqqət mərkəzinə çevrilib. “Centers for Disease Control and Prevention” və Ümumdünya Səhiyyə Təşkilatı bu variantın yayılma dinamikasını izləyir və onun xüsusiyyətlərini araşdırır. Paralel olaraq qrip hallarının azalması, lakin mövsümi allergiyaların artması fonunda bu virusun simptomlarını […]

AKTUAL Cəmiyyət Gündəm

Valideynlərə xəbərdarlıq: uşaq travmaları niyə ağır sınıqlara çevrilir? – Səhiyyə Nazirliyinin mütəxəssisi cavab verir

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmaları, əlamətləri və müalicə yollarını izah edir. -Doktor, uşaq travmalarının ən çox görülən növləri hansılardır? – Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu gün fiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlif səbəblərdən […]

Dünya Gündəm

Ümumdünya Gülüş Günüdür

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil. Bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir. xeberde.az xəbər verir ki, Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. […]

Bölgə Gündəm

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 108-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir. xeberde.az xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var.Memorial Kompleksdə […]