ABŞ-də son günlər gündəm olduqca qarışıb. Buna səbəb 2019-cü ildə federal həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham edilən Cefri Epşteyn ilə bağlı yayılan istintaq məlumatlarıdır. Cefri Epşteynlə bağlı başladılan istintaqla əlaqədar yayılan fotolar, sənədlərdə adı keçən siyasilər məsələnin daha qlobal xarakter daşıdığını göstərir. Bu səbəbdəndir ki, son günlər dünya mediasının diqqət mərkəzində məhz Epşteyn dosyesi dayanır. […]
Dünya
Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək
Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır? xeberde.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov […]
Litvada rus uşaqlara şok – rusdilli məktəblərdə təhsil almaları yasaqlanır
Vilnüs şəhərinin rəhbərliyi inteqrasiyanı təşviq etmək üçün Rusiya və Belarusdan olan uşaqların yalnız Litva məktəblərinə qəbul edilməsinə qərar verib. xeberde.az xaici mediaya istinadla xəbər verir ki, Vilnüs Şəhər Şurası Avropa Birliyindən kənar ölkələrdən olan uşaqlara şamil ediləcək qətnaməni təsdiqləyib. Əəvvəllər Litvada təhsil almayanlar yalnız litov dilində tədris aparan təhsil müəssisələrinə qəbul ola biləcəklər. Parlamentin 31 […]
Futbol matçında silahlı hücum – 11 nəfər öldü
Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində keçirilən həvəskar futbol matçı faciəyə çevrilib. Hakimiyyət orqanlarının məlumatına görə, naməlum silahlı şəxslər tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 11 nəfər ölüb, 12-si yaralanıb. Bildirilib ki, iki pikapla gələn silahlı şəxslər oyunçulara və tamaşaçılara atəş açıblar. Nəticədə on nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılar xəstəxanalara aparılıb. Salamanka meri […]
Avropada iki ölkə birləşir?
Nə Rumıniya, nə də Moldova bu mərhələdə vahid dövlət kimi birləşməyə hazırdır. xeberde.az xəbər verir ki, bunu “Rumıniya Prezidenti Nikuşor Dan bildirib. “Moldova Respublikasında əhalinin əksəriyyəti bunu istədiyi zaman mümkün olacaq. Hazırda biz hələ o mərhələdə deyilik”, – Rumıniya Prezidenti cavab verib.
Simonyanın Moskva səfərinin tarixi bilindi
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. xeberde.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, təşəbbüskar Rusiya tərəfi olub. Alen Simonyanın 5-6 fevral tarixlərində Rusiya Federasiyasına rəsmi səfərinin təfərrüatları müzakirə olunub. Digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bu ölkədə XVII əsrdən bəri ən az uşaq doğulub
2025-ci ildə Ukraynada doğum sayı xvıı-ci əsrin sonlarından (1690-cı illər) bəri ən aşağı səviyyəyə çatıb. xeberde.az xəbər verir ki, ölkədə ötən il 168 778 uşaq doğlub, 485 296 nəfər isə ölüb. Ölkə 1 il ərzində 316 518 nəfər azalıb. Müharibə şəraitində Ukraynanın xroniki demoqrafik böhranı daha da pisləşməkdə davam edir.
Tramp Makronu ələ saldı
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ələ salıb. xeberde.az xəbər verir ki, Davosda çıxış edən Tramp gözləri qızardığı üçün mavi gün eynəyindən istifadə edən Makronla bağlı bunları deyib: “Emmanuel Makron — dünən onu o dəbdəbəli günəş eynəyində izlədim. Nə baş verdi axı? Onun sərt olmağa çalışdığını izlədim. Əslində, mən onu sevirəm. İnanmaq çətindir, elə […]
Keçmiş baş nazirə 23 il həbs cəzası verilib
Məhkəmə Cənubi Koreyanın keçmiş baş nazirini çevrilişə kömək göstərmək və təhrik etmək, eləcə də yalan ifadə verməkdə təqsirli bilərək 23 il həbs cəzasına məhkum edib. xeberde.az cəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Seul mərkəzi rayon məhkəməsi keçmiş prezident Yun Sok-yolun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün […]
Müəllim də, şagird də telefonsuz: məktəblərdə sərt qərar
Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadə həm şagirdlər, həm də müəllimlər üçün qadağan ediləcək. xeberde.az xəbər verir ki, rəsmi açıqlamaya görə, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, dərs vaxtı telefonlarını onlarla birlikdə xüsusi saxlama qutularında qoymalıdırlar. Bu yanaşma ilə məktəblərdə diqqətin yayındırılmasının qarşısının alınması və dərs prosesinin effektivliyinin artırılması hədəflənir. […]










