Dünya

Putinə yaxın kriminal avtoritet həbsdən buraxıldı

Rusiyada sifarişli qətlin təşkilində ittiham olunan nüfuzlu peterburqlu biznesmen İlya Traber Moskvanın “Lefortovo” istintaq təcridxanasından azad edilib. 1990-cı illərin Peterburq biznes mühitinin ən qalmaqallı simalarından sayılan Traberin adı uzun illərdir Vladimir Putinin həmin dövrdəki çevrəsi ilə əlaqələndirilir. xeberde.az xəbər verir ki, Traber barəsində cinayət işini aparan Rusiya İstintaq Komitəsinin müstəntiqi avqustun 27-də onun həbsdən azad edilməsi […]

Dünya

Bu ölkədə yaşa görə pensiya 4 dəfə artırılır

Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib. Bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb. “Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə […]

Dünya Kriminal

Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı

6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb. Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi […]

Dünya

Sel 1000 nəfəri apardı – Axtarışlar dayandırıldı, infeksiya təhlükəsi elan edildi – VİDEO

Nepal hakimiyyəti baş verən dağıdıcı sel və gil axını (sel) nəticəsində itkin düşənlərin axtarış işlərini müvəqqəti olaraq dayandırıb. xeberde.az “Baza”ya istinadən xəbər verir ki, son məlumatlara görə, təxminən 1000 nəfərin taleyi barədə heç bir məlumat yoxdur və onların arasında 11 rusiyalı turist də var.  Məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı artıq 475 nəfərə […]

Dünya

Afrika uğrunda SAVAŞ: Çin, Türkiyə, Hindistan və Körfəz ölkələri ÜZ-ÜZƏ

“Afrika son illərdə yalnız təbii sərvətləri ilə deyil, həm də strateji mövqeyi, nəqliyyat dəhlizləri, limanları və sürətlə inkişaf edən infrastrukturu ilə dünya güclərinin diqqət mərkəzinə çevrilib. Qitənin zəngin yeraltı resursları və böyük iqtisadi potensialı uğrunda rəqabət getdikcə daha da kəskinləşir”. Bu barədə xeberde.az-a açıqlamasında “Atlas” Araşdırnalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, […]

Dünya

Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək

Böyük Britaniya Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalına icazə verəcək. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Kiyevə səfəri zamanı Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalı üçün zəruri məxfi məlumatların veriləcəyini açıqlayıb. Börnhamın sözlərinə görə, bu məlumatlar Ukraynaya raketlərin istehsalını ölkə daxilində həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Fransa Prezidenti […]

Dünya

Fransada itkin düşən tiktokerin meyiti yandırılmış halda tapıldı – FOTO

Fransanın cənubunda tanınmış TikTok bloqçusu Sonia Bellina qətlə yetirilib. Onun cəsədi daha sonra yandırılıb. Bu barədə BFMTV Nim şəhərinin prokuroru Sesil Gensakın açıqlamasına istinadən məlumat yayıb. Bellinanın cəsədi avqustun 12-də səhər saatlarında aşkarlanıb. Ağır zədələndiyi və qismən yandırıldığı üçün onun kimliyinin müəyyənləşdirilməsi bir həftəyə yaxın vaxt aparıb. Aparılan DNT ekspertizasının nəticələri cəsədin Sonia Bellinaya məxsus […]

Dünya

Yaxın Şərqdə yeni fikir ayrılığı: İsrailli diplomatlar Ağ Evin planını rədd edir

İsrail rəhbərliyi Birləşmiş Ştatlar ilə birlikdə Qəzza zolağında vəziyyətin tənzimlənməsi üzrə xüsusi mexanizmin yaradılmasını mənasız hesab edir. xeberde.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri diplomatiya mənbələrinə istinadən məlumat yayıb. İsrailli diplomatlardan birinin sözlərinə görə, ölkə rəhbərliyi HƏMAS tərəfindən gələn təhlükələrə dərhal cavab verməyi və qruplaşmanın mövqelərinə növbəti zərbələr endirməyi zəruri sayır. O vurğulayıb ki, Vaşinqtonla […]

Dünya

İran Kaliforniyanı “öz ərazisi” kimi göstərdi

İranın Hindistandakı konsulluğu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına qeyri-adi cavab verib. xeberde.az xəbər verir ki, İranın Heydərabaddakı baş konsulluğunun sosial şəbəkə hesabında ABŞ xəritəsi paylaşılaraq Kaliforniya “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərilib. Paylaşımda “İran İslam Respublikasının yeni ərazisi” ifadəsi yazılıb və xəritədə Kaliforniya xüsusi olaraq işarələnib. Bu addım Trampın avqustun 18-də […]

Dünya

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsində ümumilikdə 4,7 milyard insan yaşayır. xeberde.az xəbər verir ki, dünya əhalisinin təxminən üçdə biri Hindistan və Çinin payına düşür. Bu iki ölkədə ümumilikdə 2,89 milyard nəfərə yaxın insan yaşayır. Hindistan 1,47 milyarddan çox əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir. Çin isə təxminən 1,41 milyard nəfərlə ikinci yerdə […]