İngiltərədə genetik xəstəliklərin qarşısını almaq məqsədilə ilk dəfə üç nəfərin DNT-sindən istifadə edilərək sağlam embrionlar yaradılıb. xeberde.az xəbər verir ki, bu yeni texnika nəticəsində səkkiz körpə-dörd oğlan və dörd qız (onlardan biri eyni əkizdir) dünyaya gəlib. Körpələrin hamısı sağlamdır və genetik xəstəlik əlaməti daşımır. Hazırda bir hamiləlik də davam edir. Bu proseduru keçən qadınlarda mitoxondriya […]
Dünya
Şahin Şıxlinskinin oğlunun evində axtarış aparılacaq
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb. Bundan […]
İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”
Xamneyinin müşaviri pakistanlı nazirə Azərbaycandan şikayətləndi və sərsəm ittihamlar səsləndirdi – reaksiya “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”. xeberde.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib. […]
İrana avqustun sonuna qədər vaxt verildi: Razılığa gəlinməsə…
Avqustun sonu İranın nüvə proqramı üzrə Tehrana sanksiyalardan yayınmağa imkan verəcək razılaşmanın əldə olunması üçün son tarixdir. xeberde.az “Axios”a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı bu barədə razılığa gəliblər: “Əgər müəyyən edilmiş müddət ərzində razılaşma əldə olunmazsa, üç Avropa dövləti 2015-ci il […]
Trampın ABŞ universitetində çıxışı böyük etiraza səbəb oldu
ABŞ prezidenti Donald Trampın iyulun 15-də Karnegi Mellon Universitetində keçirilən Enerji və İnnovasiyalar Sammitində çıxışı böyük etiraza səbəb olub. xeberde.az Axios portalına istinadən xəbər verir ki, ötən həftə 1500-ə yaxın tələbə və universitet işçisi Trampın sammitdə çıxış etməsi qərarının yenidən nəzərdən keçirilməsini tələb edən petisiya imzalayıb. Onlar bir saatdan çox Trampa və polisə qarşı şüarlar səsləndiriblər. […]
MMA döyüşçüsü güllələndi
Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. […]
Nadir xəstəlik gəncin həyatını kabusa çevirdi – Hərəkət edə bilmir
Dünyada yalnız 300 nəfərdə rast gəlinən nadir tibbi sindrom Almaniyada yaşayan bir gənc qadının həyatını dəyişib. 22 yaşlı qadının döşləri qısa müddət ərzində anormal şəkildə böyüyərək hər biri 6 kiloqrama, ümumilikdə isə 12 kiloqrama çatıb. Bu hal həkimlər tərəfindən gigantomastiya adlandırılan və dünyada çox az insanda görülən nadir bir xəstəlik kimi qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, […]
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan vətəndaşlığı alsa da, beynəlxalq arenada ölkəmizi təmsil edə bilməyəcək. xeberde.az xəbər verir ki, Beynəlxalq Konki İdmanları İttifaqının (ISU) Şurası 17 yaşlı idmançının idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Bu qərarla Jilina növbəti mövsümdə Azərbaycan yığmasında çıxış edə bilməyəcək. Qeyd edək ki, daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası da […]
Ukraynanın baş naziri istefa verdi: Denis Şmıqal müdafiə naziri postuna keçir
Ukraynanın baş naziri Denis Şmıqal istefa ərizəsi yazaraq vəzifəsini tərk edib. xeberde.az xəbər verir ki, bu barədə sənəd artıq Ukrayna Ali Radasına təqdim olunub. 15 iyul 2025-ci il tarixli rəsmi müraciətdə Şmıqal Ali Radaya və prezidentə ünvanlanaraq baş nazir postundan azad olunmasını xahiş edib. İmzalanmış sənəd ictimaiyyətə təqdim olunub və sosial şəbəkələrdə geniş yayılıb. Eyni […]
Cəmi 500 rubla görə 3 il həbs – Rusiyada daha bir sensasion qərar
Moskvada yaşayan bir şəxs cəmi 1 500 rubl ianə etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, Rusiya istintaq orqanlarının versiyasına görə, həmin şəxs 2021-ci ilin avqustundan noyabrına qədər 5 dəfə, hər dəfə 300 rubl olmaqla, ümumilikdə 1 500 rubl (təxminən 27 manat) məbləğində pulu Rusiyada fəaliyyətinə qadağa qoyulmuş FBK təşkilatına köçürüb. Bu addım […]










