Dünya

Trampdan sensasiyalı bəyanat: “İnternet insanları psixi xəstə edir”

ABŞ Prezidenti Donald Tramp müasir texnologiyaların və internetin insan psixologiyasına və cəmiyyətə təsiri barədə maraqlı fikirlər səsləndirib. xeberde.az xəbər verir ki, Ağ Ev rəhbəri internetin insanları radikallaşdırdığını və onları “psixi xəstə” vəziyyətinə saldığını bəyan edib. Trampın sözlərinə görə, bəşəriyyət internetlə birlikdə əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir dünyada yaşayır. O qeyd edib ki, əvvəllər də […]

Dünya

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.  Müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək “Bu dövrü çox gözəl devirəcəyik” dediyi iddia olunub. İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.  Yener prokurorluğa verdiyi ifadəsində bildirib […]

Dünya manset Siyasət

Zaxarova Ermənistana XƏBƏRDARLIQ ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı yeni missiyası ilə bağlı Moskvanın narahatlığını ifadə edib. xeberde.az xəbər verir ki, o, bu missiyanın regiondakı geosiyasi balanssızlığa xidmət etdiyini vurğulayıb. “Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın daxili işlərə müdaxilə vasitəsinə çevrilməsinə imkan verməyəcəklər. Eyni zamanda İrəvanın Qərbin geosiyasi oyunlarına […]

Dünya

Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk

Avropa İttifaqı (Aİ) İran ətrafındakı münaqişə səbəbindən əlavə enerji xərcləri 24 milyard avro olub. xeberde.az xəbər verir ki, bunu Avropa İttifaqının enerji komissarı Dan Yorgensen deyib. Aİ komissarı bildirib ki, İranla bağlı münaqişənin başlanğıcından bəri Aİ-nin əlavə enerji xərcləri 24 milyard avroya çatıb.  O əlavə edib ki, bu gündəlik təxminən 500 milyon avro edir.O qeyd […]

Dünya

Vatsap qrupunda etdiyi zarafat baha başa gəldi

ABŞ-nin Florida ştatında universitet tələbəsinin İsrail Baş naziri Benyamin Netanyahu haqqında vatsapda yazdığı zarafat xarakterli mesaj ciddi hüquqi nəticələrə səbəb olub. xeberde.az xəbər verir ki, Florida Universitetinin tələbəsi Qabriela Saldana qrup çatında “Netanyahu, məni eşidirsənsə, məktəbə bomba göndər” məzmunlu mesaj paylaşıb. Tələbə sonradan bunun “zarafat” olduğunu desə də, mesaj digər tələbələr tərəfindən təhlükəli hesab edilərək, hüquq-mühafizə […]

AKTUAL Araşdırma Dünya

Hər 10 nikahdan 8-i boşanma ilə bitir – böhran

Rusiyada ailə institutu ciddi böhranla üz-üzədir. xeberde.az xəbər verir ki, ölkədə evliliyə maraq sürətlə azalır, boşanmaların sayı isə artmaqda davam edir. Məlumata görə, hazırda Rusiyada hər 10 ailəyə 8 boşanma düşür. 2025-ci ildə ölkə boşanma sayına görə dünya üzrə ilk üçlükdə yer alıb. Psixoloqlar bildirir ki, bir çox insanlar üçün evlilik artıq “çıxılmaz vəziyyət” kimi qəbul […]

Dünya

Yaponiyada güclü zəlzələ – Sunami təhlükəsi də elan edildi

Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. xeberde.az xəbər verir ki, Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata bilən sunami gözlənilir. Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu […]

Dünya

Sakit Okeanın dibində 3 milyon illik gizli vulkan kəşf edildi

Yapon alimləri Sakit okeanın dibində yaşı təxminən 3 milyon il olan sualtı vulkan aşkar ediblər. xeberde.az xəbər verir ki, bu obyekt Sakit okean plitəsinin qədim hissəsində, Minamitori adası yaxınlığında yerləşir. Tədqiqatçılar bildiriblər ki, bu sualtı vulkan “petit-spot” tipli nadir vulkanik fəaliyyətə aiddir. Bu cür formalaşmalar qeyri-adi hesab olunur, çünki onlar birbaşa tektonik toqquşmalar nəticəsində deyil, plitələrin […]

Dünya Hadisə

Yarış faciəyə çevrildi: 1 ölü, 3 yaralı – VİDEO

Argentinanın Kordova şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı ağır qəza baş verib. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı bir avtomobil idarəetmədən çıxaraq tamaşaçıların arasına girib. Nəticədə bir nəfər həyatını itirib. Qəza sonrası yarış müvəqqəti olaraq dayandırılıb. Rəsmi məlumatlara görə, ən azı üç nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Dünya

Messinin həyat yoldaşı diqqət çəkdi: 5 milyon dollarlıq boyunbağı – FOTO

Dünyaca məşhur futbolçu Lionel Messinin xanımı Antonela Rokuzzo, ABŞ-da qatıldığı lüks brendlərdən birinin tədbirində taxdığı bəzək əşyası ilə gündəmi zəbt edib. Sadə zərifliyini günəş formasında olan nəhəng brilyant boyunbağı ilə tamamlayan Rokuzzonun stilinin qiyməti dodaq uçuqladıb. xeberde.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Antonelanın bu özəl gecə üçün seçdiyi eksklüziv boyunbağının dəyəri tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) təşkil […]