Dünya

Rusiyada Azərbaycan dili öyrəniləcək

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac olduğu barədə diqqətçəkən açıqlama verilib.  xeberde.az xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya Biznes Şurasının iclasında səsləndirib. Overçuk bildirib ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və bu istiqamətdə dəstək göstəriləcək. O qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət ayrılır, məktəblərdə […]

Dünya

İsrail məhdudiyyətləri ləğv etdi – Həyat normallaşır

İsrail Livanla qüvvəyə minən atəşkəs rejimindən sonra ölkə üzrə tətbiq edilən təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırıb. Ölkədə gündəlik həyat mərhələli şəkildə normal rejimə qayıdır. xeberde.az xəbər verir ki, bu barədə İsrailin Arxa Cəbhə Komandanlığı məlumat yayıb. Bildirilib ki, bütün ölkə ərazisində tam fəaliyyət rejiminə keçid təmin olunacaq. Yalnız İsrailin şimalındakı sərhədyanı bölgələrdə kütləvi toplantılar üçün 1000 […]

Dünya Kriminal

Türkiyədə daha bir məktəbə silahlı hücum planı aşkarlanıb

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən səkkiz şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “xeberde.az” Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb. Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı […]

Dünya Gündəm

Bu səhnə “Yeraltı”ndan çıxarıldı – FOTO

Xəbər verdiyimiz kimi, Şanlıurfa və Kahramanmaraşda baş verən faciələr fonunda hədəf alının mafiya məzmunlu seriallarla bağlı yoxlamalar başladılıb. Artıq bəzi ekran işlərində dəyişikliklər edilib. İlk addım “Yeraltı” serialından gəlib. Ekran işinin yutubda yayımlanan 12-ci bölümünün ilk fraqmanı portaldan silinib. Belə ki, bərbərin vurulması səhnəsi treylerdən çıxarılaraq yenidən təqdim olunub. Qeyd edək ki, hazırda Türkiyədə mafiya […]

Dünya

Türkiyədə daha bir məktəbdə qətliam: Ölən və yaralananlar var 

Türkiyədə məktəbə silahlı hücum olub. xeberde.az haberler.com-a istinadla xəbər verir ki, hadisə Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən birinin müəllim, 3 nəfərin isə şagir dolduğu bildirilir. Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisənin təfərrüatlarını açıqlayıb: “8-ci sinif şagirdi çantasında keçmiş polis məmuru olan atasına məxsusolduğunu […]

Dünya

Trampın Hörmüzdəki poker oyunu: İran, Çin və Avropa eyni masada 

Trampın blokada taktikası İranı, Çini, Avropanı və Rusiyanı eyni masaya sıxışdıran geosiyasi poker ABŞ-İran danışıqlarının iflasından sonra Vaşinqtonun İran limanlarına və Hörmüzə çıxış marşrutlarına tətbiq etdiyi blokada artıq ikinci gündür qlobal enerji sistemini sarsıdır. CENTCOM-un açıqlamasına görə, ilk 24 saatda heç bir gəmi İran limanları istiqamətində blokadanı yara bilməyib, altı ticarət gəmisi geri döndərilib, əməliyyata […]

Dünya

Bu ölkə 2083-cü ilə daxil oldu – VİDEO

Cənubi Asiyada yerləşən Nepal ötən gün 2083-cü ilə daxil olub. xeberde.az xəbər verir ki, sözügedən ölkə dünyanın bir çox yerindən fərqli olaraq yeni ili ötən gün qarşılayıb. Buna səbəb isə Nepalda hindu ay-günəş təqvimi olan Bikram Sambat təqvimindən istifadə edilməsidir. Bikram Sambat Miladi təqvimdən 56 il 8 ay irəlidədir. Nepal bu təqvimdən rəsmi olaraq istifadə edən yeganə […]

Dünya Gündəm

“Bizi sağmağı dayandırın!” – Latviyalılardan “Bolt”a qarşı etiraz

Bazar ertəsi Latviyanın paytaxtı Riqada bir neçə yüz taksi sürücüsü “Bolt” şirkətinin siyasətinə qarşı etiraz aksiyası keçirir. xeberde.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Aksiya iştirakçıları avtomobillərini Latviya bayraqları və “Biz qul deyilik”, “Bolt”suz 24 saat”, “Bizsiz bacarmazsınız”, “Bizi sağmağı dayandırın!” şüarları yazılmış plakatlarla bəzəyiblər. Bəzi maşınların üzərinə şirkətin üzərindən xətt çəkilmiş loqosu da […]

Dünya

Bu ölkədə işçilərə “bədbəxtlik məzuniyyəti” verilir

Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkəti işçilərlə bağlı qeyri-adi qərarı ilə gündəmə gəlib. xeberde.az xəbər verir ki, şirkətin qurucusu Yu Donglai əməkdaşların psixoloji rifahını ön plana çəkən yeni bir sistem tətbiq edib. Yeni qaydaya əsasən, işçilər özlərini bədbəxt, yorğun və ya stress altında hiss etdikləri zaman heç bir rəhbər təsdiqi olmadan məzuniyyət götürə bilərlər. Bu icazə […]

Dünya

Türkiyə Hörmüz boğazı ilə bağlı mövqeyini AÇIQLADI

Heç bir ölkə Hörmüz boğazından keçid üçün ödəniş etməməli və keçidə maneə yaradılmamalıdır. xeberde.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ticarət üçün açıq qalmalıdır: Fidan vurğulayıb ki, Türkiyə boğazın yalnız sülh yolu ilə açıq qalmasının tərəfdarıdır: “Beynəlxalq silahlı qüvvələrin müdaxiləsi isə ciddi çətinliklər yarada bilər”. Nazir […]