Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. xeberde.az xəbər verir ki, Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata bilən sunami gözlənilir. Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu […]
Dünya
Sakit Okeanın dibində 3 milyon illik gizli vulkan kəşf edildi
Yapon alimləri Sakit okeanın dibində yaşı təxminən 3 milyon il olan sualtı vulkan aşkar ediblər. xeberde.az xəbər verir ki, bu obyekt Sakit okean plitəsinin qədim hissəsində, Minamitori adası yaxınlığında yerləşir. Tədqiqatçılar bildiriblər ki, bu sualtı vulkan “petit-spot” tipli nadir vulkanik fəaliyyətə aiddir. Bu cür formalaşmalar qeyri-adi hesab olunur, çünki onlar birbaşa tektonik toqquşmalar nəticəsində deyil, plitələrin […]
Yarış faciəyə çevrildi: 1 ölü, 3 yaralı – VİDEO
Argentinanın Kordova şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı ağır qəza baş verib. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı bir avtomobil idarəetmədən çıxaraq tamaşaçıların arasına girib. Nəticədə bir nəfər həyatını itirib. Qəza sonrası yarış müvəqqəti olaraq dayandırılıb. Rəsmi məlumatlara görə, ən azı üç nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Messinin həyat yoldaşı diqqət çəkdi: 5 milyon dollarlıq boyunbağı – FOTO
Dünyaca məşhur futbolçu Lionel Messinin xanımı Antonela Rokuzzo, ABŞ-da qatıldığı lüks brendlərdən birinin tədbirində taxdığı bəzək əşyası ilə gündəmi zəbt edib. Sadə zərifliyini günəş formasında olan nəhəng brilyant boyunbağı ilə tamamlayan Rokuzzonun stilinin qiyməti dodaq uçuqladıb. xeberde.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Antonelanın bu özəl gecə üçün seçdiyi eksklüziv boyunbağının dəyəri tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) təşkil […]
“Teşkilat” serialının yayımı təxirə salındı – SƏBƏB
Türkiyənin TRT 1 telekanalının populyar layihəsi olan “Teşkilat” serialının ötən axşam (19 aprel) yayımlanması nəzərdə tutulan yeni bölümü efirə getməyib. İzləyicilərin maraqla gözlədiyi ekran işinin yayım proqramından çıxarılması geniş müzakirələrə səbəb olub. xeberde.az xəbər verir ki, telekanalın yayım axışında edilən dəyişiklik nəticəsində, serialın vaxtında izləyicilərə “Böyük Çin Səddi” adlı xarici film təqdim olunub. Məlumata görə, “Teşkilat”ın […]
Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib. xeberde.az xəbər verir ki, bu barədə Ermənistan Apostol Kilsəsinin ruhani mərkəzi olan Eçmiədzin məlumat yayıb. “Bu qərarla Ermənistan Apostol Kilsəsinin cəzaçəkmə müəssisələrindəki ruhani xidməti dayandırılıb”, – deyə bəyanatda bildirilir. Daha əvvəl Ermənistan parlamenti kilsənin torpaq sahələrini ödənişsiz mülkiyyətə götürmək hüququndan məhrum edilməsi ilə bağlı […]
Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar aparıldı
16 aprel tarixində Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının (Aİ) nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı […]
Tramp İranı yenə hədələdi – SƏBƏB
ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika bu və ya digər şəkildə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək. O, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, bu, “daha çox qeyri-dost formada” baş verə bilər. xeberde.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. ABŞ prezidentinə “nüvə tozu” adlandırdığı yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılmasının vaxtı ilə […]
İran rəsmiləri Trampı təkzib etdilər: ölərik, uranı vermərik!
Rəsmi Tehran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı olmayacaq və əksinə, ABŞ-ın iddialarına baxmayaraq, bu məsələ ilə bağlı heç bir öhdəlik götürülmədiyini bəyan edib. xeberde.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ebrahim Rezai “Əl-Cəzirə”yə müsahibəsində bildirib. Rezai qeyd edib ki, Tehran uranın zənginləşdirilməsinin dayandırılması və ya dinc nüvə proqramından imtina ilə bağlı hər hansı […]
“Atalar və oğullar” filminin rejissoru öldü
Tanınmış sovet və belaruslu rejissor Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Belarus Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirib. Belarus Mədəniyyət Nazirliyi onun uzun illər “Belarusfilm” studiyasında və Rusiya istehsalı olan filmlərdə çalışdığını qeyd edib. Karyerası ərzində Vyaçeslav Nikiforov “Dövlət sərhədi”, “Kral balıqçısı”, “Atalar və oğullar” və “Zadəgan quldur Vladimir Dubrovski” də […]










