Bakıda qanunsuz və “vandal söküntü” işlərinin qarşısını almaq artıq ciddi problemə çevrilib. xeberde.az-ın məlumatına görə, bu ilin martında “Melissa Group” şirkətinin Yasamalda sakinlərin yaşadığı mülkü heç bir hüquqi əsas olmadan sökməsindən sonra oxşar hadisələr dəfələrlə “Kubinka”da təkrarlanıb. Bu gün, iyulun 28-də “Vialon” tikinti şirkəti Ağadadaş Qurbanov dalan 1, ev 2 ünvanında yerləşən yaşayış evini sökməyə […]
Cəmiyyət
Nazir 28 nəfər müharibə iştirakçısını polisə işə götürdü
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. xeberde.az xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, […]
Azərbaycanda buna görə insanlar süni boşanma edir, sən demə…
“Boşanmaların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olmur. İpoteka ilə ev almaq üçün də süni boşanma edirlər. xeberde.az xəbər verir ki, bu sözləri əməlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, bu zaman əsas məqsəd ipoteka tələblərinə cavab verməkdir: “Elə bilirsiniz ki boşananların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olur? Xeyr. Şahidi olduğum bəzi boşanmaları sizlərin […]
Türkanda zibil qalmaqalı aradan qaldırıldı – FOTOLAR
Türkan qəsəbəsində uzun müddətdir yaşanan zibil fəlakəti nəhayət ki, aradan qaldırılıb. xeberde.az-ın yaydığı məqalədə sakinlərin “Türkanı zibilliyə çevirirlər!” fəryadı ictimai rezonans doğurdu və Bakı Şəhər İcra Hakimiyyəti problemin həlli üçün təcili addımlar atdı. Xatırladaq ki, türkanlılar aylardır qəsəbənin yaxınlığında böyük zibil poliqonunun yaradılmasına qarşı etiraz edirdilər. Ətraf kənd və qəsəbələrdən yük maşınları ilə gətirilən tonlarla […]
Bu gün 41 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin […]
Bu ərazilərdə qanunsuz tikilən evlər SÖKÜLÜR
Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir. xeberde.az xəbər verir ki, hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər […]
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
Ekspertdən SOS!: “Elm və Təhsil Nazirliyinin susqunluğu minlərlə ailəni tələyə salır” Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır. Qurum ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, […]
Cavid Qurbanovun oğluna yeni VƏZİFƏ VERİLDİ
Baş Prokurorluqda yeni kadr təyinatı olub. xeberde.az xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. O, bundan əvvəl də Baş Prokurorluqda çalışıb. Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.
5-ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır
xeberde.az qeyd edir ki, artıq 5 ildir ki, ən-ənəvi olaraq keçirilən “Yüksəliş” müsabiqəsinin 2025-ci il üçün olan qalibləri rəsmi olaraq elan edilib. Müsabiqədə bilik mübarizəsini uğurla tamamlayan 124 nəfər final mərhələsinə yüksəlib. Onlardan 20 nəfəri isə qalib adını qazanıb. Gərgin imtahan mərhələrindən keçərək qalib adına layiq görünənlər sırasında Kapital Bank-ın 3 əməkdaşı – Satış Kanalları […]
Noxud, saçaqlı pendir və pivə… Kişilər, bu təhlükədən xəbəriniz yoxdur!
Havaların isinməsi pivəyə olan marağı da artıb. Xüsusilə yay aylarında insanlar sərinləmək üçün daha çox qazlı və alkoqollu içkilərə üstünlük verirlər. Satıcıların sözlərinə görə, bu günlərdə pivə satışında artım müşahidə olunur. Marketlərdə və içki dükanlarında həm yerli, həm də xarici istehsal olan pivələrə rast gəlmək mümkündür. Alıcılar isə əsasən qiymətə və dadına görə seçim etdiklərini […]










