Cəmiyyət Gündəm manset

Evə telefon çəkdirmək 30 manata başa gələcək – Rəsmi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib. xeberde.az xəbər verir ki, qərarı nazir Rəşad Nəbiyev imzalayıb. Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə […]

Cəmiyyət

Bakı Metrosunda yeni rəis TƏYİNATI

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib. xeberde.az xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub. Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.

AKTUAL Araşdırma Cəmiyyət

Valideynlər pedofiliyanı necə tanıya bilər? – Bunlara diqqət edin

Pedofillər çox vaxt belə görünür: Şirin, mehriban, diqqətli böyüklərdir, uşaqlara çoxlu hədiyyələr alar, onları xüsusi hiss etdirməyə çalışırlar. xeberde.az xəbər verir ki, bunu psixoloq Ceyran Qədirova deyib. O, pedofil şəxslərin digər əlamətlərini aşağıdakı kimi sadalayıb: “Tək qalmaq üçün bəhanələr uyduranlar” – “birlikdə oyun oynayaq”, “film baxaq”, “yataq otağında yeni oyuncaqlar var” kimi ifadələrlə uşağı tək qalmağa çəkərlər. […]

Cəmiyyət

Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

“Azəristiliktəchizat” ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək. xeberde.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, sabah paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, […]

Cəmiyyət

Bakının bu çimərliklərində çimmək tövsiyə OLUNMUR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabatı göstərir ki, paytaxt və ətraf ərazilərdə yerləşən bəzi çimərliklərdə dəniz suyunun təmizliyi qənaətbəxş deyil. Şıx və Pirşağı kimi çimərliklərə çirkab suların axıdılması səbəbindən bu ərazilərdə çimmək tövsiyə olunmur və sağlamlıq baxımından təhlükəli hesab edilir. Bunu xeberde.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib. O […]

Cəmiyyət

22 illik müavinini son mənzilə yola sala BİLMƏDİ

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirinin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. Mərhumla vida mərasimi bu gün – 4 avqust tarixində Gənc Tamaşaçılar Teatrında baş tutub. Vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Onun cənazəsi böyük izdihamla I Fəxri Xiyabanda torpağa tapşırılıb. Elçin Əfəndiyev həm […]

Cəmiyyət Gündəm

Elçinlə vida – FOTOREPORTAJ

Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib. Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm […]

Cəmiyyət

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

   Bütün süni maneələrə və məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz prinsipial mövqeyini daim qətiyyətlə müdafiə etmişdir. Onun milli kimliyə və dilə verdiyi dəyər müstəqillik düşüncəsinin ayrılmaz hissəsi idi. Sovet hakimiyyətinin ideoloji təzyiqləri altında belə Heydər Əliyev milli dili qorumağı xalqın varlığının və milli-mənəvi dəyərlərinin başlıca dayağı hesab edirdi.    Dövlət […]

Cəmiyyət

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

      1995-ci ildə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması bu siyasətin təməl daşlarından biri oldu. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Prezident Fərmanı dövlət dili ilə bağlı hərtərəfli və […]